Putin “yenilməz” adlandırdığı raketdən DANIŞDI

Putin “yenilməz” adlandırdığı raketdən DANIŞDI

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ural Federal Universitetində tələbələrlə görüşü zamanı “Avanqard” strateji raket sistemindən də bəhs edib. Sistemin hazırda dünyada tayı-bərabəri olmadığını bildirən V.Putin onun bir neçə il sonra istehsal edilə biləcəyini söyləyib.

Putin deyib: “Son sistemlərimizdən olan “Avanqard” raket sistemlərinin dünyada bərabəri yoxdur. Bəlkə də bir neçə il sonra olar, lakin hələlik heç kimdə yoxdur. Yeni materiallar əldə edilməsə idi, belə bir raketin istehsalı mümkün olmazdı. Xatırladım ki, Günəşin səthində temperatur 6 min dərəcədir, uçuş zamanı raketlərin səthinin istiliyi isə 3 min dərəcəyə çatır. Eskimo effekti: uçur və əriyir”.

Raketin 3 min dərəcəyə qədər qızmasının səbəbi atmosferin qalın təbəqələrində irəliləməsidir.

Bu zaman idarəetmə siqnalı gəlir və məmulatı lazımi temperaturda saxlayır. Prezidentin sözlərinə görə, yeni materiallar olmadan nə tibbdə, nə aviatikintidə, nə də kosmosda inkişaf mümkün deyil.

“Avanqard” raket sisteminin başqa bir fərqli xüsusiyyəti isə atmosferdə və qitələrarası mənzildə səsdən 20 dəfə sürətli uça bilməsidir.

Putin deyib: “Bu xüsusiyyətləri sayəsində “Avanqard” sistemi bütün hava və raket müdafiəsi sistemlərinə qarşı yenilməzdir”.

Putin əvvəlki çıxışlarında “Avanqard” raketlərinin barəsində danışarkən, “meteorit kimi, atəş topu kimi gedir” ifadəsini işlədib.

Hurriyyet.org

Putin konuşmasında, Rus Avangard stratejik füze sisteminden de söz etti.   Sistemin şu anda dünyada bir muadili olmadığını belirten Putin, ancak birkaç yıl sonra üretilebileceğini ifade etti.   Putin, Avangard füze sistemi ile ilgili, 'Son geliştirdiklerimizden biri olan ve oldukça gelecek vaat eden Avangard füze sisteminin dünyada bir muadili yok...   Belki birkaç yıl sonra olur, ancak şimdilik hiçkimsede bulunmuyor' ifadelerini kullandı.   Putin'e göre bu tür bir füzenin üretilmesi yeni malzemelerin geliştirilmesi ile mümkün oldu.     Putin, 'Füzelerin yüzey sıcaklığı neredeyse 3 bin santigrat derece.     Güneşin yüzey sıcaklığı ise 6 bin derece.   Burada 3 bin derece olmasının sebebi ise atmosferin yoğun tabakalarında ilerlemesi.    Eskimo etkisi: Yani uçuyor ve süzülüyor.