Putinin dəstəkçisi olan məşhur aktyor ABŞ-a qaçdı: “Əlvida, çirkli Rusiya…”

  • 2019-02-07 11:27:27
  • |
  • Aktual /

Putinin dəstəkçisi olan məşhur aktyor ABŞ-a qaçdı: “Əlvida, çirkli Rusiya…”

Məşhur rusiyalı aktyor Aleksey Panin Rusiyanı tərk edib.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Panin öz İnstaqram səhifəsində paylaşıb. Məlumata görə, o, səhifəsində təktərəfli bilet qeydi olan ABŞ vizasının fotosunu paylaşıb. Panin həmçinin Mixail Lermontovun “Əlvida, çirkli Rusiya...” ifadəsini də İnstaqram səhifəsində yerləşdirib.

Qeyd edək ki, Panin müasir Rusiyanın ən məşhur aktyorlarından biridir. Hakimiyyətə yaxınlığı ilə seçilən aktyor Vladimir Jirinovskinin Liberal Demokrat Partiyasıyla da sıx əlaqələrə sahib olub. Panin həmçinin Krımın anneksiyasını ən sıx şəkildə müdafiə edən şəxslərdən biri kimi tanınıb və Rusiyanın sərhədlərinin Odessaya qədər uzadılmasını təklif edib.

Panin Ukrayna hakimiyyətinə qarşı sərt ifadələr işlədib və əlinə imkan düşəcəyi halda Poroşenkonun boğazını özünün kəsəcəyini deyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA