Putinin Gürcüstan qərarı Türkiyəyə GƏLİR GƏTİRƏCƏK

Putinin Gürcüstan qərarı Türkiyəyə GƏLİR GƏTİRƏCƏK

Hurriyyet.org xəbər verir ki, Gürcüstanda baş verən Rusiyaya qarşı etirazlardan sonra RF prezidenti Vladimir Putin Rusiya təyyarələrinin Gürcüstana uçuşunu dayandırmağı qərara alması ölkədə turizm biznesinə ağır zərbə vurub.

Dünən gecə Moskva-Tbilisi maşrutunda son reys olub.

Bunun nəticəsində Gürcüstana təyyarə ilə gedə bilməyən rus turistlər səfər proqramlarını dəyişdirməyə məcbur olublar. Alternativ variant olaraq, onların Türkiyə, Cənubi Kipr, Şimali Kipr və Ermənistana yönləndirildiyi bəlli olub.

Baş verən böhranla bağlı açıqlama verən Gürcüstanın Otellər və Restoranlar Assosiasiyasının başçısı Şalva Alaverdiaşvili etirazlar nəticəsində rus turistlərin 80%-nin səfər proqramlarını ləğv elədiklərini bildirib. Alaverdiaşvili bu hadisə başlanandan indiyə qədər Gürcüstana 710 milyon dollara qədər zərər dəydiyini bildirib.

Hurriyyet.org