Putinin İkinci dünya müharibəsini rəsmən bitirmək üçün tarixi şansı - ADALAR YAPONİYAYA QAYTARILIR?

  • 2019-01-21 16:47:46
  • |
  • Dünya /

Putinin İkinci dünya müharibəsini rəsmən bitirmək üçün tarixi şansı - ADALAR YAPONİYAYA QAYTARILIR?

Yaponiya Kuril adalarının cənub hissəsindəki iki adanın ona verilməsini Rusiyadan xahiş etməyib. Hazırda iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün hər hansı konkret variant yoxdur.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. O, həmin fikri Yaponiya tərəfinin Rusiyanın iki adasını özünə billəşdirilməsi müqabilində güzəştli variantın mövcudluğu şərh edərkən deyib.

“Bu barədə istənilən bəyanat hər hansı konkret məsələyə dair bəyanat kimi qəbul edilməməlidir. Bunlar müəyyən sorğu, arzu, yaxud fikirlərin dilə gətirilməsi şəklində qəbul olunmalıdır”, - Kremlin nümayəndəsi qeyd edib.

Peskov vurğulayıb ki, bu məsələ qaldırılan ilk vaxtlardan Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında müqavilə probleminin çox uzandığını və həmin məsələnin daha qısa vaxt ərzində həll edilməsi üçün bütün mümkün yollara əl atılacağını deyib. Eyni zamanda, prezidentin mətbuat katibi məsələnin bir anda həllinin qeyri-mümkünlüyünü də qeyd edib.

“Mürəkkəb, çətin və bütün nümayəndə heyətlərinin iştirakını tələb edən işdir”, - o əlavə edib.

Kremlin təmsilçisi bildirib ki, hələlik Rusiya tərəfi rəsmi olaraq heç bir təklif almayıb, “buna görə də, təsdiqedici mülahizələr yersizdir, danışıqların uğurla başa çatmasına kömək etmir”.

“Biz hamını realist olmağa dəvət edirik, nəzərə almaq lazımdır ki, milli maraqların eyni və dəyişməz olduğu bir vəziyyətdə razılıq əldə etmək tələb olunur. Heç kim milli maraqlarından geri çəkilmək niyyətində deyil”, - Peskov fikrini tamamlayıb.

Qeyd edək ki, sabah, yanvarın 22-də Moskvada Vladimir Putinlə Yaponiyanın baş naziri Sindzo Abe arasında görüş keçiriləcək. Daha öncə məlumat verilmişdi ki, Yaponiya hökumətinin başçısı Şikotan və Xabomai adalarının ölkəsinə birləşdiriləcəyi təqdirdə sülh müqaviləsini imzalamağa hazırdır.

Kuril adalarının cənub hissəsi İkinci dünya müharibəsinin gedişində SSRİ-nin tərkibinə daxil edilib. İkinci dünya müharibəsinin başa çatmasından 74 il keçsə də, bu ərazi mübahisəsi üzündən SSRİ, daha sonra isə Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi imzalanmayıb.

Bu məsələnin ən maraqlı tərəflərindən biri də həmin müqavilənin imzalanması ilə İkinci dünya müharibəsinə rəsmən nöqtə qoyulması perspektividir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA