Putinin özünə ad günü HƏDİYYƏSİ

Putinin özünə ad günü HƏDİYYƏSİ

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin öz ad günündə maaşını 4,3 faiz artıran qərarı imzalayıb. Qərara görə, müdafiə, fövqəladə hallar, daxili işlər nazirlərinin, həmçinin Federal Təhlükəsizlik Xidmətinin rəhbər şəxslərinin maaşları eyni dərəcədə yüksəlib.

Putin ötən il ərzində prezident olaraq 8,6 milyon rubl (132 min dollara yaxın) məbləğində maaş almışdı.

1952-ci il oktyabrın 7-də dünyaya gəlmiş Vladimir Putinin dünən 67 yaşı tamam olub.

Hurriyyet.org