Putinin “qulpsuz çamadan”ı: Ermənistanda nazirliklər azaldı, problemlər artdı

Putinin “qulpsuz çamadan”ı: Ermənistanda nazirliklər azaldı, problemlər artdı

Diaspor Nazirliyi də ləğv olundu: Paşinyan lobbi ilə savaşa girir? Erməni KİV-i: “Cəmiyyət ya kor-koranə hakimiyyətə inanır, ya da nifrətlə doludur...”

Ermənistandakı “məxməri inqilab”ın ildönümü yaxınlaşır. İldönümünə baş nazir Nikol Paşinyan sözsüz ki, hamıdan çox hazırlaşır. Çünki ən xoşagəlməz, ən sərt suallar ona ünvanlanacaq, hesabat məhz ondan istənilləcək. Başa çatmaqda olan bu bir ili isə çətin ki, Paşinyanın aktivinə yazmaq mümkün olsun. Ən azından ona görə ki, indiki Ermənistan bir il öncəki acından ölən, sürətlə boşalan Sərkisyan Ermənistanından, faktiki, heç nə ilə fərqlənmir.

Bu arada Nikol Paşinyan tərəfdarlarının üstünlükdə olduğu Ermənistan parlamenti birinci oxunuşda hökumət strukturunun dəyişdirilməsinin lehinə səs verib (Axar.az). Səsvermədə 111 deputat iştirak edib. Onlardan 71-i qanun layihəsinin lehinə, 40-ı isə əleyhinə səs verib. Layihənin əleyhinə səs verənlər “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarının deputatları olub.

Yeni qanuna əsasən, Ermənistanda nazirliklərin sayı 17-dən 12-yə endirilir. Kənd təsərrüfatı, energetika, mədəniyyət, nəqliyyat, diaspor nazirlikləri ləğv edilir. Ləğvi böyük mübahisələrə səbəb olan Diaspor Nazirliyinin səlahiyyətləri baş nazirin aparatına verilir və burada diaspor məsələləri üzrə baş komissarlıq institutunun yaradılması nəzərdə tutulur. Digər mübahisəli məqam olan Milli Təhlükəsizlik Xidməti və polisin baş nazirin nəzarətindən çıxarılması məsələsində heç bir dəyişiklik baş verməyib. Paşinyan da Sərkisyan kimi bu iki qurumu öz nəzarəti altında saxlayıb.

*****

Ermənistanda nazirliklər azaldıldı ile ilgili görsel sonucu

Lakin Ermənistanda bu qəbildən struktur islahatlarının effektli olacağına inananlar olduqca azdır. Əksər siyasi təhlilçilər hesab edir ki, Paşinyan dərin islahatları həyata keçirəcək yetərli sayda və bacarıqlı kadr potensialına malik deyil. Belə bir komandanı o, qura bilməyib. Biz hələ islahatlara ciddi əngəl yaratmaq gücündə olan xarici amilləri (həll olunmayan Dağlıq Qarabağ problemi, sərhədlərin bağlı qalması, artan müharibə riski və s.) demirik.

“Ermənistanda məxməri inqilabdan sonra bu günədək inqilabın ideya və məqsədlərini həyata keçməsinə imkan verəcək institusional əsaslar yaradılmayıb”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1 in.am-dakı dünənki baş məqalədə deyilir.

Ermənistanda nazirliklər azaldıldı ile ilgili görsel sonucu

“Nəticədə dövlət idarəçiliyi sisteminin praktik olaraq, tam şəkildə baş nazir Nikol Paşinyanın şəxsi keyfiyyətlərindən asılı olduğu situasiya yaranıb. Bu isə mövcud idarəçiliyin nə institusional, nə də sistemli fəaliyyətinin ifadəsidir. Nəticə etibarilə Ermənistanda indi ən çox çalışan şəxs elə baş nazir Paşinyandır. Ancaq bu effektlilik dövlət idarəçilik sistemində özünü göstərə bilmir. Nədən ki, onun əsasında sistemli oriyentirlər deyil, Nikol Paşinyanın şəxsi keyfiyyətləri dayanır”, - deyə məqalədə daha sonra qeyd olunur.

Tənqidi məqalənin sonunda deyilir: “Bütövlükdə Ermənistanda təkcə dövlət idarəçiliyi deyil, siyasət də hazırda irrasional faktorların, duyğular və iddiaların təsiri altındadır. Bu, təkcə hakimiyyətə yox, cəmiyyətə də aiddir. Cəmiyyət ya kor-koranə hakimiyyəti sevir və ona inanır, ya da nifrətlə doludur. Məxməri inqilabdan sonra Nikol Paşinyanın ən böyük problemi onun təsəvvür və yanaşmalarına uyğun şəkildə dövlət idarəçilik sistemini formalaşdırmaqla bağlı olaraq qalır. Bu isə müvafiq kadrlar və sistemli qərarlar tələb edir. Kadrlar - Paşinyanın ”Axilles dabanı"dır".

*****

Ermənistanda nazirliklər azaldıldı ile ilgili görsel sonucu

Sadalanan səbəblərdən Paşinyanın apardığı ermənisayağı islahatlar, o sırada struktur dəyişiklikləri ölkədə pozitiv dəyişikliklər yaradıb əhalinin güzəranını yaxşılaşdırmaq gücündə deyil. Əksinə, “islahatlar”a paralel surətdə cəmiyyətdə narazılıq və problemlərin, gərginlik və etirazların artması müşahidə olunur. Ordu sistemində də vəziyyət acınacaqlı olaraq qalır. Məlum olur ki, Nikolun elan elədiyi hərbi islahatlar da quru vəddən başqa bir şey deyil.

O ki qaldı Diaspor Nazirliyinin səlahiyyətlərinin baş nazir aparatına verilməsinə və burada diaspor məsələləri üzrə baş komissarlıq institutunun yaradılmasına, çətin ki, bu, varlı lobbi tərəfindən Ermənistana hansısa siyasi və maliyyə dividenti gətirsin. Çünki gerçək belədir ki, Paşinyan Ermənistanı da Kremlin vassalı olaraq qalır. Əksər Qərb dövlətlərində kök salmış erməni lobbisi isə ümidli idi ki, “qərbyönlü” Nikol Paşinyan, nəhayət, tilsimi qıracaq və Rusiyadan uzaqlaşmaq kursu götürəcək. Bu isə baş vermədi. O üzdən inqilabdan keçən 1 il ərzində Nikol Paşinyanın, müdafiə naziri David Tonoyanın bütün cəhdlərinə, o sırada onların Avropa ölkələrinə, ABŞ-a səfərlər edərək varlı erməni lobbisi təmsilçiləri ilə bir araya gəlmələrinə rəğmən, erməni lobbisi Ermənistana hələ də ciddi sərmayə yatırmayıb.

Bu da var ki, işğalçı ölkə Rusiya üçün “qulpsuz çamadan” kimi ağır yükə çevrilib. Moskva onu özü ilə hər yerə daşımaq zorundadır. Lakin kreml istəsə, ondan çox asanca canını qurtarar. Bundan ötrü özünün yaratdığı Qarabağ konfliktinin ədalətli həlli önündə süni əngəlləri götürməsi kifayətdir.../musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA