Putinin seçkidəki bütün rəqibləri bəlli oldu - QEYDİYYAT BAŞA ÇATDI - SİYAHI

Putinin seçkidəki bütün rəqibləri bəlli oldu - QEYDİYYAT BAŞA ÇATDI - SİYAHI

Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatı prosesini başa çatdırıb.

Hurriyyet.org xəbər verir ki, qeydiyyatın nəticələrinə əsasən, ali dövlət postu uğrunda mübarizəni 8 namizəd davam etdirəcək. Onlar Sergey Baburin, Pavel Qrudinin, Vladimir Jirinovski, Vladimir Putin, Kseniya Sobçak, Maksim Suraykin, Boris Titov və Qriqori Yavlinskidir. Namizədlərin adları seçki bülleteninə yuxarıdakı ardıcıllıqla, yəni əlifba sırası ilə yazılacaq.

Namizədliyini irəli sürmüş 16 nəfərdən yalnız 6-sı toplanmış imzaları MSK-ya təqdim edib və onların hamısı qeydiyyata alınıb. Parlament fraksiyaları tərəfindən irəli sürülən namizədlər imza toplamaqdan azad edildikləri üçün Vladimir Jirinovski və Pavel Qrudinin qeydəalma prosedurundan birinci keçiblər.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 18-nə təyin olunub./azərtac/

Loading...

QALEREYA