PUTİNİN YAXIN ƏTRAFI QORXU İÇİNDƏ: ABŞ-da sıxışdırlan Tramp Rusiyaya qarşı sanksiyalara "yaşıl işıq" yandıra bilər - TƏHLİL

PUTİNİN YAXIN ƏTRAFI QORXU İÇİNDƏ: ABŞ-da sıxışdırlan Tramp Rusiyaya qarşı sanksiyalara "yaşıl işıq" yandıra bilər - TƏHLİL

Aleksandr PANOV,

“Novaya qazeta”nın Vaşinqtondakı xüsusi təmsilçisi

ABŞ Maliyyə Nazirliyi kəşfiyyatın dəstəyilə 01 fevral 2018-ci il tarixinə Rusiya oliqarx və məmurlarına – hakimiyyətin “maliyyə xidmətçilərinə” qarşı “fərdi sanksiyalar” haqqında hesabat hazırlayır.

Hüquqşünas və lobbiçilərin dəstəyini almaq və qara siyahıya düşməkdən yayınmaq üçün Rusiyadan olan çaparlar tez-tez ABŞ paytaxtına gəlməyə başlayıblar.

Obama administrasiyasında “sanksiyalar üzrə başçı”, 35 illik diplomat stajı olanDaniel Frid, isveçli iqtisadçı professor Anders Oslund, keçmişdə Rusiya və Ukrayna hökumətlərinin məsləhətçisi işləmiş, 2001-2005-ci illərdə Putinin iqtisadi məsləhətçisi olmuş Andrey İllarionov, həmçinin alim və publisist Andrey Piontkovskiydən ibarət olan beynəlxalq ekspertlər qrupu ABŞ-ın Atlantik Şurasının saytı üçün yazdığı məqalədə gələcək “Kreml hesabatı”nda adı keçəcək,“Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə qarşılıqlı təsir” haqqında 3364 № li qanuna (CAATSA) uyğun olaraq, maliyyə aktivlərinin dondurulması və ABŞ-a girişlərinin qadağan edilməsi gözlənilən “fiqurantlar”ın seçilmə kriteriyalarını formalaşdırıb.

Bu qanunun 241-ci maddəsində deyilir ki, hesabatda bu şəxslərin Vladimir Putinlə əlaqələrinə baxılmalı, onların korrupsiyada iştirakı müəyyən edilməli, varidatlarının ölçüsü və gəlirlərinin mənbələri qiymətləndirilməlidir.

Ekspertlərin qeyd etdiyinə görə, “rejimə yaxınlıq” əlamətlərindən biri, “Putin rejiminin aqressiv (və qanunsuz) hərəkətləri”ndə iştirakdır (açıq və ya gizli).Onlar belə hərəkətlərə Rusiyanın 2016-cı ildəki ABŞ seçkilərinə müdaxiləsini, Gürcüstan və Ukraynaya “hərbi təcavüzünü”, o cümlədən Krımın ilhaq edilməsini, Çeçenistan və Suriyada mülki əhalinin bombardman edilməsini, Yuriy Şekoçixin, Anna Politkovskaya, Aleksandr Litvinenko, Sergey Maqnitski, Boris Nemtsov və digər müxalif siyasətçilərin, vətəndaş fəallarının, jurnalistlərin və vəkillərin öldürülməsini aid edirlər.

İkinci əlamət – “Putin rejiminə” yaxın olan siyasi xadimlərin, biznesmenlərin və yarımdövlət subyektlərinin onlara “rus xalqı hesabına varlanmaq” imkanı verən korrupsiya sxemlərində iştirakıdır.

Korrupsiyanın 7 açarı

Müəlliflər “Kreml siyahısı”nı tərtib edənlərə onun gələcək fiqurantlarının 7 kateqoriyasını təklif edirlər:

– Rusiya Federasiyasında (RF) və onun sərhədlərindən kənarda aqressiv, korrupsiya və ya cinayət hərəkətinə görə məsuliyyət daşıyan siyasi xadimlər, yarımdövlət təşkilatları, biznesmenlər;

Ukrayna və Suriyada fəaliyyət göstərən muzdluların, kiber və informasiya müharibələrinin və s. təşkilində Kremllə əməkdaşlıq edən şəxslər və təşkilatlar ayrıca göstərilir;

– Putinin 1990-cı illərin əvvəlində bizneslə birgə məşğul olduğu, “Sankt-Peterburqdan olan dostları”nın yaxın dairəsi;

“Putin kleptokratiyası: Rusiyanın sahibi kimdir?” kitabının müəllifi professorKaren Davişanın təsdiq etdiyinə, mətbuatdakı açıq mənbələrə, “Ştazi”kəşfiyyatının arxivlərinə, diplomatlarla və tədqiqatçı-jurnalistlərlə olan müsahibələrə əsasən prezidentin Leninqrad və Drezden KQB-sindən olan, onun özü ilə bərabər Kremlə gətirdiyi və mütəşəkkil cinayətkarlıqla əlaqəsi olan keçmiş həmkarları;

– məşhur “oğul atasına görə cavabdeh deyil” formuluna baxmayaraq, “qızıl uşaqlar”ı da “hesaba almaq” lazım bilinib;

Putinin “yaxın çevrəsi”nin bir sıra üzvləri – hansılar ki, bir sıra hallarda kompaniyalarda rəhbər vəzifələr tutub, aktivlərinin bir hissəsini uşaqlarına verib;

– Putinin “şəxsi aktivlərinin” “mühafizəçisi” rolunu oynayan şəxsi dostları;

Onların bir neçəsinin adı “Panama dosyesi”ndə açıqlanıb; Rusiya “Forbes”inə görə, onlar öz varidatlarını son illərdə əhəmiyyətli dərəcədə artırıblar;

– Kremllə birgə biznes aparmaqdan böyük xeyir götürən iri biznesmenlər;

Onlardan bəziləri Putinin “yaxın çevrəsi” ilə birlikdə kompaniyaların həmsahibləridir. Məqalə müəllifləri bugünkü oliqarxları Putinin hakimiyyətə gəlişinə qədər var-dövlət sahibi olanlardan və öz varlığını qorumaq üçün “Kremlə xərac verməyə məcbur olanlardan” ayırmağı təklif edirlər. Belə şəxslərin “Kreml hesabatı”na daxil edilməsi 241-ci maddədə elan edilən məqsədlərə uyğun olmazdı. Digər tərəfdən, Kremlin açıq və gizli tədbir və əməliyyatlarının oliqarxlar tərəfindən “könüllü” və “məcburi” maliyyələşdirilməsi arasındakı o incə sərhəd haradadır?

– dövlət kompaniyalarının öz mövqelərinə görə Putinə borclu olan və öz statusunu vəsaitlərin oğurlanması üçün istifadə edən korrupsiyalaşmış menecerləri;

– öncəki kateqoriyalarda qeyd edilən şəxslərə aid olan yarımdövlət kompaniyalarının rəhbərləri.

Aydındır ki, daha məşhur olanlar saksiyalar siyahısına bir neçə kateqoriya üzrə həmən düşürlər. Dəqiq desək, onlar artıq ABŞ və AB-nin sanksiya siyahılarındadırlar. Ancaq “qızıl uşaqlar”, menecerlər, həmçinin əvvəlki – Yeltsin dönəmidən olan oliqarxlar yenidir, indi onlar da amerikan Femidasının vərdənəsi altına düşə bilərlər. Və onda rus elitasının həyatı, əgər Kreml daxilində dəyişiklik olmayacaqsa, xaricdən zorla və geridönməz olaraq dəyişdiriləcəkdir.

Gizlilik qorxuları çoxaldır

Sanksiyalar siyahısının tərtib edilməsinə görə ABŞ Maliyyə Nazirliyinin Xarici varlıqlara nəzarət ofisi (Office of Foreign Assets Control – OFAC) cavabdehdir.

Bu idarə 2014-cü ildə Gennadi Timçenkonun, Arkadi və Boris Rottenberq qardaşlarının və Yuri Kovalçukun adlarını (onlar, burada hesab edildiyi kimi, “prezident Putinin yaxın çevrəsi”nə daxildirlər) sanksiya siyahısına salıb. Sonradan onlara “Rosneft”in başçısı İqor Seçin və digərləri əlavə edilib.

Konqresə hesabatın hazırlanması gizlilik rejimində aparılır, amerikan mediasına əhəmiyyətli sızıntı yoxdur. Lakin “Forbes”in rusiyalı iştirakçıları ilə söhbət edən “The Bell” internet nəşrinin təsdiqinə görə, onlar qanunun bu maddəsindən xəbərdardırlar və etiraf edirlər ki, qara siyahıya necə düşməmək üçün həddindən artıq əndişə keçirirlər.

“The Bell” “Kreml hesabatı”nın potensial fiqurantlarının adlarını çəkir: Oleq Deripaska, Mixail Fridman, Əlişir Usmanov, Roman Abramoviç. “Forbes”un siyahısında olanlardan biri “The Bell”ə bildirib ki, “Beləsinə hazır ola bilməzsən”.

Hüquq məsləhətçilərinə görə, xoşagəlməzliklərdən yayınmağın ən yaxşı üsulu həyat yoldaşından aktivlərin onun adına keçirilməsilə boşanmadır. İndi Rusiya cəmiyyətinin qulağını doldurmaq üçün edilən son yüksək profilli böşanmaların həqiqi motovlərini tapmaq qalır.

“Reuters” bildirir ki, yeni məhdudlaşdırmaların tətbiq edilməsi təhdidi Rusiya liderini biznes elitası üçün “toksik aktiv” edib. Agentlik siyasi və iş dairələrindən olan 20-dən artıq adam arasında sorğu keçirib. Çoxları amerikan sanksiyaları altına düşməkdən qorxan iş adamları arasındakı “qorxu və narahatlıq atmosferi”ndən danışır. İri Rusiya kompaniyasından olan bir mənbə “Reuters”ə deyib ki, “İnsanlar gərginlik içindədir. Asılı vəziyyətdir. Səni Putinin yaxın adamı kimi tanıyacaqlar, indi get, sübut et ki, bu, belə deyil. Məhkəmədə ABŞ-a qarşı öz aktivlərini qorumaq çətindir”.

Onun rəhbəri hətta qərara gəlib ki, Putinin iştirak etdiyi ictimai tədbirlərdə az görünsün.

“Forbes”in siyahısında olan bir sahibkara işləyən anonim menecer də “Reuters”ə şikayətlənib: “Rəhbərlik (ölkənin) inanmır ki, sanksiyalar sərt ssenari üzrə tətbiq ediləcək. Onların hamısı paralel reallıqda yaşayırlar. Heç kim biznesə qulaq asmaq istəmir”.

“Konqres üçün hazırlanan “Kreml hesabatı” ilə bağlı nə baş verəcək?” sualı açıq qalır. Cavab Tramp administrasiyasının qətiyyətindən asılıdır. Konqres tərəfindən Trampa zorla qəbul etdirilmiş və 02 avqustda onun tərəfindən imzalanmış sanksiyalar haqqında qanunun Ağ ev tərəfindən tətbiq edilib-edilməyəcəyi haqqında ciddi şübhələr qalmaqdadır. Bu qanunda Rusiyadan başqa, İran, Şimali Koreya beynəlxalq terrorizm də fiqurantdır, ancaq administrasiyanın qanunu ardıcıl olaraq yerinə yetirməsinə hazır olması haqqında sual yalnız Rusiya ilə əlaqədar olaraq yaranır.

Mühümdür ki, Konqresə hazırlanan hesabat birbaşa hüquqi qüvvəyə malik deyil. Onu hər iki palatadan olan üç komitə: xarici işlər, maliyyə və bank fəaliyyəti komitələri dinləməlidir. Hesabat açıq formadadır, lakin məxfi hissələri ola bilər.

Nəzərdə tutulur ki, hesabatın ardınca icra və ya qanunverici hakimiyyətin konkret addımları olsun. Korrupsionerlərin aktivlərinin dondurulması ilə çirkli pulların yuyulması və digər maliyyə cinayətləri ilə mübarizə çərçivəsində, FATF (Çirkli pulların yuyulması ilə mübarizənin maliyyə tədbirlərinin işlənib hazırlanması üzrə qrup) və Maliyyə Nazirliyinin maliyyə cinayətləri üzrə idarəsi (FinCEN) məşğul olur.

Məqalə müəllifləri hesab edir ki, bundan sonra ABŞ hakimiyyəti “qanunsuz əldə edilən aktivlərin rus xalqına qanuni qaytarılması prosesinə” keçə bilər.Sanksiyalar rejiminin tənzimlənməsində ABŞ-ın Dövlət Departamenti (ABŞ ərazisinə girişin qadağan edilməsi), Müdafiə Nazirliyi, Enerji Nazirliyi, Ədliyyə Nazirliyi, Ticarət Nazirliyi və digər qurumları da iştirak edir.

241-ci maddə xarici kompaniyalara və vətəndaşlara sanksiyalar siyahısında olan şəxslərlə əməkdaşlığı, amerikan bazarına və maliyyə sisteminə girişdən məhrumetmə təhdidilə qadağan edən “ikincili sanksiyalar”ın tətbiqi imkanını da nəzərdə tutur.

Göründüyü kimi, bütün bunlar potensial olaraq oliqarxlar, “yaxın çevrə”dən olan məmurlar və onların qohumları üçün ciddi olmaqdan da artıqdır. Bəs, reallıqda nə olacaq?

“Hər şey və ya heç nə”

Hələ ki, Tramp administrasiyasının CAATSA qanununu reallaşdırması üzrə hərəkətlərini prezidentin müxalifləri “sakit təxribat” adlandırırlar. Dövlət Departamentində sanksiyalar siyasətinin koordinasiyası ilə məşğul olan şöbəni buraxıblar, administrasiyanın məmurları gələn il yanvarın 29-dan amerikan və xarici tərəfdaşlara, sanksiya təhdidilə, əməkdaşlıq etmək qadağan ediləcək Rusiya kompaniyalarının siyahısını Konqresə üç həftəlik gecikmə ilə təqdim ediblər.

Böyük amerikan KİV-ləri dövlət katibi postunda Reks Tillersonu MKİ-nin indiki direktoru Maykl Pompeonun əvəz edəcəyini qabaqcadan bildirirlər. Prezidentlə dövlət katibi arasında bir sıra xarici siyasət məsələsindəki (Əfqanıstan, Yaxın Şərq və s., burada Rusiyanın adı keçmir) fikir ayrılıqlarından başqa, şəxsi inciklik də var. Oktyabrda mətbuat məlumat verib ki, ötən yay Tillerson hərbçilərlə söhbətində Trampı "moron" (qanmaz və ya ağıldan kəm) adlandırıb. Bundan sonra Tillerson bir neçə dəfə prezidenti açıq olaraq “ağıllı” adlandırıb, ancaq bununla yanaşı, onun prezidentə verdiyi çox xoşagəlməz xarakteristika haqqındakı NBC-nin məlumatını da təkzib etməyib. Bununla belə, prezident Tillersonun istefası haqqındakı məlumatları jurnalistlərin “növbəti yalanı” adlandırıb.

Rusiyanın seçkilərə müdaxiləsi və onun qərargahından olan adamların rus siyasətçiləri və iş adamları ilə əlaqələri haqqındakı məlumatları dəfələrlə “saxta xəbərlər” adlandıran Tramp, mümkündür, “Kreml hesabatı”nı tormozlamaq istərdi. Ancaq yerli mətbuatda dövrü olaraq sönən “Rusiya mövzusu” bu günlərdə növbəti dəfə xəbər başlıqlarına geri dönüb.

İş ondadır ki, prezidentin milli təhlükəsizlik üzrə sabiq müşaviri general Maykl Flin özünü FTB-yə yalan ifadə verməkdə günahkar bilib. Flinə qarşı ittiham xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il seçkilərinə mümkün müdaxiləsi haqqında apardığı təhqiat çərçivəsində irəli sürülüb.

Prokurorlar təsdiq ediblər ki, Flin FTB-ni yanvarda, Rusiyanın səfiri Sergey Kislyakla 29 dekabr 2016-cı ildə olan öz danışığı haqqında ifadə verərkən aldadıb. FTB ilə söhbətində Flin, Moskvadan ABŞ-ın tətbiq etdiyi sanksiyalara cavab olaraq,“vəziyyəti gərginləşdirməkdən çəkinməyi” xahiş etdiyini inkar edib.

Flini bir də onda ittiham ediblər ki, guya, 22 dekabr 2016-cı il tarixdə baş tutan danışıq zamanı səsləndirilən, Kislyakdan BMT TŞ-nin qətnaməsi üzrə səsverməni təxirə salınmasını xahiş etməsi haqqında yalan danışıb. İndi general bəyan edib ki, rus tərəfilə danışıqları Trampın göstərişilə aparıb və “hər şeyi düzəltmək üçün” istintaqla əməkdaşlıq etməyə söz verib.

Bu, prezident üçün çox pisdir. Hamı xatırlayır ki, Tramp müşavirini “yaxşı oğlan” adlandırıb, FTB başçısı Ceyms Komidən Flinin işinin bağlamasını birbaşa xahiş edib, sonra – rədd cavabının ardınca isə Kominin özünü işdən azad edib.

Rusiya hökumətilə təmasları haqqında yalan danışdığını etiraf edən xarici siyasət üzrə keçmiş müşavir Corc Papadopulosu da xatırlayaq.

Xatırlayaq ki, hələlik rəsmi olaraq yalnız “Ukrayna işləri”nə görə ittiham edilən Trampın seçki qərargahının kemiş rəhbəri Pol Manafort da istintaq altında qalır.

Flinin hazırkı və gələcək etirafları Trampın potensial impiçmentinin hüquqi əsasını qoyur. Flinin öz günahını etiraf etməsindən sonra, FTB direktoru Kominin istefasına prezident tərəfindən “ədalət mühakiməsinə maneçilik” kimi baxıla bilər, bu isə vəzifədən uzaqlaşdırmaya səbəb olan bir cinayətdir. Bu düyməyə tam gücü ilə nə vaxt basılması Konqresdən asılıdır.

Tramp Moskva ilə onsuz da çox pis olan münasibətləri bundan sonra daha da pisləşdirməmək naminə, oliqarxlar və “yaxın çevrə” haqqındakı “Kreml hesabatı”nı təxirə salacaqmı və ya necəsə təxribat etməyi və beləliklə, Konqreslə onsuz da pis olan münasibətləri kəskinləşdirməyi istəyəcəkmi?

“Rusiya mövzusu”nun KİV səhifələrində və Kapitoli divarları arasında qızışdırıldığı bir şəraitdə prezident, çətin ki, qanunvericilərin növbəti tənqid atəşinə və mətbuatın onun Putinə olan “anlaşılmaz” simpatiyası haqqındakı spekulyasiyalarına məruz qoyulsun.

Tərcümə Strateq.az

  • Hamısı
  • Loading...