PYD/PKK dəstəkçisindən qəribə açıqlama: “PREZİDENT "ÇIXIRIQ" DEDİ, AMMA...”

  • 2019-01-22 14:57:01
  • |
  • Dünya /

PYD/PKK dəstəkçisindən qəribə açıqlama: “PREZİDENT "ÇIXIRIQ" DEDİ, AMMA...”

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın İŞİD-lə mübarizə üzrə keçmiş xüsusi nümayəndəsi olan və “müstəmləkə valisi” kimi tanınan Brett Makqrak ölkəsinin Suriyanı tərk eləməsi ilə bağlı Amerikanın CBS kanalına müsahibəsində deyib: “Prezident (Tramp) açıq və aydın şəkildə (Suriyadan) çıxmaqda olduğumuzu bildirdi. Lakin nə bizim oranı tərk eləməyimiz üçün, nə də tərk edəndən sonra nələr olacağı barəsində aydın bir plan yoxdur”.

Makqark bu sözlərlə ABŞ prezidenti donald Trampın qəti göstərişi çərçivəsində ABŞ hərbçilərinin Suriyadan çıxması əməliyyatlarının başladığını, lakin ABŞ qüvvələrinin Suriyanı tərk eləməsindən sonra hər hansı bir plan hazırlanmadığını deyib və əlavə edib: “Bu vəziyyət bölgədəki gücümüzü müdafiəsiz bir vəziyyətə sürükləyir. Suriya sahəsindəki qüvvələrimiz üçün risk yaratmaqla yanaşı, İŞİD-ə də yeni bir sahə açır”.

Türkiyənin “ABŞ-ın Suriyadakı missiyasını öhdəsinə götürə biləcəyinə” inanmadığını söyləyən Makqark deyib: “Bu, real deyil. Regiondakı qüvvələrimiz çəkiləcəksə və bir başqa koalisiya ortağının ABŞ-ın yerini alacağı bir formul üzərində düşünüləcəksə, bu, qətiyyən tətbiq edilə biləcək bir plan olmayacaq”.

ABŞ prezidenti D.Trampın Suriyadan çıxmaq qərarını tənqid edən və bu qərara etiraz edərək ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verən Makqark “Vaşiqnton Post” qəzeti üçün məqalə yazaraq Türkiyənin əleyhinə və PKK/PYD terror təşkilatının lehinə ifadələr işlətmişdi.

Türkiyənin Prezident Aparatının mətbuat katibi İbrahim Kalın bu məqaləyə etirazını bildirərək, çıxışlarının birində Makqarka müraciətlə demişdi: “Analiziniz xətalıdır. Türkiyəyə qarşı ittihamlarınız tamamilə cəfəngiyyatdır, sadəcə PKK təbliğatını təkrarlamaqdır. Türkiyə Suriya vətəndaşı olmuş yüzminlərlə ərəb, kürd, süryani və digərlərinin həyatını xilas elədi. Siz PKK-ya yeni bir həyat vermək istəyirsiniz. Bu, baş tutmayacaq”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA