Qadın qudasının evində qan tökdü - AĞDAMDA

Qadın qudasının evində qan tökdü - AĞDAMDA

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.org xəbər verir ki, Gəncə şəhər sakini, 44 yaşlı Ləman Əliyeva Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib. Bərdə rayonundan olan 1974 təvəllüdlü Yusifov Pərviz Vasif oğlu də həmin evdə olub. Evdə yemək yeyilərkən L. Əliyeva ilə P. Yusifov arasında mübahisə baş verib. Nəticədə L. Əliyeva P. Yusifovu bıçaqlayıb. İki bıçaq xəsarəti alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb./apa/

Loading...

QALEREYA