Qadın velosipedçimiz qələbə qazandı - Foto

  • 2019-04-13 20:58:16
  • |
  • İdman /

Qadın velosipedçimiz qələbə qazandı - Foto

Türkiyənin Giresun şəhərində keçirilmiş çempionatın ikinci mərhələsində yeniyetmə qızların 45 kilometr məsafəyə velosiped üzrə qrup ötüşməsi yığma komandamızın üzvü Lalə Əbdürəhmanovanın parlaq qələbəsi ilə başa çatıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər ki, iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlaşan yeniyetmə qızlarımız Türkiyə çempionatında Lalə Əbdürəhmanova, Viktoriya Sidorenko, Gülşən İsmayılova və Məleykə İsgəndərovadan ibarət heyətlə çıxış edib. Bu gün iştirakçılar kriterium ötüşməsində mübarizə aparacaqlar.

Qeyd edək ki, Türkiyə çempionatında Azərbaycanın yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandaları da çıxış edir.\\Teleqraf.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA