Qafqaz dağlarında yadplanetli qəbirləri tapıldı - Virus yayılma təhlükəsi

Qafqaz dağlarında yadplanetli qəbirləri tapıldı - Virus yayılma təhlükəsi

Qafqaz dağlarındakı dolmenlər bir sıra ekspertlərin maraq mənbəyidir.

Hurriyyet.org ölkə.az-a istinadən bildirir ki, dolmenlər dairəvi daş tikililərdir və arı yuvasına bənzəyir. Alimlərin fikrinə əsasən, bu tikililərin içində sərdabələr ola bilər.

Tədqiqatçıların ehtimalına əsasən, bu qeyri-adi dolmenlər eramızdan əvvəl III-II minilliklərdə inşa edilib. Hazırda Adıgeydə, Krasnodar vilayətinin dağlıq rayonlarında, Abxaziyanın Oçamçira rayonunda və Laba çayı vadisində dolmenlərə rast gəlinir.

Şepsi qəsəbəsi yaxınlığında kəşf edilən dolmen alimləri daha çox maraqlandırıb. Burada dairəvi şar və insan qalıqları tapılıb. Sözügedən skelet Firon Xeopsdan da min il əvvəl dəfn edilmiş insanın qalıqlarıdır. Ufoloqların fikrinə əsasən, Qafqaz meqalitlərində yadplanetlilərin meyitləri dəfn edilib. İkinci nəzəriyyəyə əsasən isə, burada UNO-lar və ya qədim insanların qalıqları gizlədilib.

Öz növbəsində isə virusoloqlar xəbərdarlıq edirlər ki, dolmenlər təhlükəlidir. Qədim meqalitlərin divarları arxasında qədim dövrlərdə tüğyan edən infeksiyaların virusları ola bilər. Dolmenləri açmaqla tanınmayan xəstəlikləri buxovdan açmış olarıq. Bu xəstəliklərə qarşı isə vaksin yoxdur.

Ufoloqlar da ehtimal edirlər ki, virus dalğası qitəni bir neçə saata məhv edə bilər. Dəfn edilən yadplanetlilər tədqiq edilməyib. Qafqazda dəfn edilən yadplanetlilər bəşəriyyətin sonu ilə nəticələnə bilər...

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz