“Qafqaz xalqları və Kırım tatarlarının sürgünlərdə həyatlarını itirmələrini rəhmətlə anırıq” - Türkiyə XİN

“Qafqaz xalqları və Kırım tatarlarının sürgünlərdə həyatlarını itirmələrini rəhmətlə anırıq” - Türkiyə XİN

“Soydaşlarımız Kırım tatarları və qardaş Qafqaz xalqlarının acılarını paylaşır və sürgünlərdə həyatlarını itirmələrini rəhmətlə anırıq”.

Hurriyyet.org-un Türkiyə bürosunun məlumatına görə, Türkiyənin xarici İşlər Nazirliyi Cərkəz və Kırım türklərinin sürgünlərinin ildönümüylə bağlı açıqlamasında bu fikirlər bildirilib.

Açıqlamada Kırım tatarlarının və Çərkəz türklərinin tarixdə olan sürgün faciəsinin Türkiyədə bu gün də yaddaşlarda olduğu vurğulanıb: “1944-cü ildə 17-18 may gecəsi 250.000 minə yaxın Kırım tatarı vətənlərindən didərgin düşüb. 75 il öncə isə insanlığa sığmayan hərəkətlərlə gerçəkləşdirilən sürgün nəticəsində on minlərlə Kırım tatarı həyatını itirib. Bir çoxu məruz qaldıqları ağır sürgün şərtlərində vətən həsrətinə tab gətirməyib dünyadan köçüb. 21 may günü isə tarixə “Çərkəz sürgünü” adyla daxil olaraq anılır. Bü faciələrin acısı yaddaşlarımızdan silinməyib. Sürgünlərdə həyatlarını itirən qardaş Qafqaz xalqları və Kırım tatarlarının əziz xatərələri önündə baş əyirik”.

Sevil Unal, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA