Qanda xərçənglə bağlı ucuz və sürətli analiz

Qanda xərçənglə bağlı ucuz və sürətli analiz

İllinoys Universiteti və Kuinslend Texnologiya Universitetinin alimləri, az bir qan nümunəsində belə üzən xərçəng hüceyrələrini müəyyən edə biləcək yeni bir qan analizi hazırladı. Yeni analiz həm sürətli, həm də daha ucuz olduğundan, xilasedici ola bilər. Daha əvvəl düzgünlüklə xərçəng təsbiti üçün, xərçəngli RNT izlərini təqibindən, bütün xərçəng tiplərinə xas ümumi DNT analizinə qədər bir çox analiz üzərində işlənilsə də, ortaq bir nöqtə əldə olunmadı. Bunlardan ən mütərəqqi xərçəng qan analizlərindən birinin qanda gəzən xərçəng hüceyrələrinin təsbiti olacaq. Bu hüceyrələr insanın qan axışındakı ilk şişdən gələn hüceyrələr olsa da, bu hüceyrələri tək-tək tutmaq çox çətindir. Çünki, yalnız çox kiçik miqdarlarda olurlar. 7,5 ml qan balonunun içində, 35-40 milyard qan hüceyrəsindən yalnız 10 dənəsi xərçəng hüceyrəsi olduğuna görə təsbit etmək çox çətindir.

Hurriyyet.org deyerler.org-a istinadən bildirir ki, bu yeni inkişaf etdirilən mikroaxışqan texnologiyası sayəsində, xərçəng hüceyrələrinin verilən qan nümunəsindən ayırmaq üçün xüsusi bio işarəçilər istifadə etmək məcburiyyətində deyilsiniz. Cihaz qanda olan bənzərsiz xərçəng hüceyrələrini filtrasiya edərək, qandakı digər elementləri müqayisə edir. Əldə edilən nəticələr isə, heç kiçik hesab edilməyəcək qədər yaxşıdır. Yeni təcrübi cihaz 5 ml qan nümunəsi içində 50 xərçəng hüceyrəsi tapdı. Araşdırma Microsystems and Nanoengineering jurnalında nəşr olundu.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA