Qaqarinin qələmi və avtoqrafı hərraca çıxarıldı - FRANSADA

Qaqarinin qələmi və avtoqrafı hərraca çıxarıldı - FRANSADA

Dünyanın ilk kosmonavtı Yuri Qaqarinin doldurma qələmi və öz əli ilə yazdığı sənəd Fransada "Cazo" hərrac evində satışa çıxarılıb.

Hurriyyet.org Trend-ə istinadən bildirir ki, lotun dəyəri 15-20 min avro təşkil edir. Sarı metal haşiyəli qara qələm raket formasında işlənib. Qələmin yuxarısında yazılıb: "СССР Сентябрь 1959". Y.Qaqarinin avtoqrafı sovet dənizçiləri və çay nəqliyyatı işçilərinə ünvanlanmış təbrik məktubudur.

Daha bir lot isə kosmonavtın ölümündən 3 gün əvvəl - 24 mart 1968-ci ildə çəkilmiş 12 fotosundan ibarətdir. Dəyəri 5-7 min avro olan bu fotoların 11-i bundan əvvəl heç bir yerdə göstərilməyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA