“Qara bazar”da dəyəri 16 milyon manat olan narkotik yandırılıb

  • 2018-05-16 11:18:29
  • |
  • Ölkə /

“Qara bazar”da dəyəri 16 milyon manat olan narkotik yandırılıb

Bu gün 388 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 892 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aidiyyəti təşkilatların iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

Hurriyyet.org xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib ki, 468 kq 658,155 qr marixuana, 217 kq 96, 701 qr heroin, 183 kq 25,135 qr tiryək, 22 kq 848,734 qr həşiş qətranı, 18 min 462 ədəd psixotrop maddə və 6 min 453 ədəd çətənə bitkiləri yandırılıb.

Müsadirə edilmiş və yandırılmış müxtəlif növ narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 16 milyon manat təşkil edir.

Loading...

QALEREYA