Qara dənizdə türk balıqçılar güllələndi

Qara dənizdə türk balıqçılar güllələndi

Rumıniyanın Sahil Təhlükəsizliyi Xidmətinin əməkdaşları Türkiyəyə məxsus balıqçı gəmisini atəşə tutub.

DHA xəbər verir ki, Türkiyənin Ordu şəhərindən açıq dənizə çıxan 14 metrlik balıqçı gəmisi beynəlxalq sularda Rumıniyanın Sahil Təhlükəsizliyi Xidmətinin katerləri tərəfindən izlənilməyə başlanıb və “Dayan” əmrinə tabe olmayan türk gəmisi atəşə tutulub.

Olayda 3 balıqçının yaralandığı, gəminin də zərər gördüyü deyilib.

Böyük qorxu yaşayan 8 nəfərlik balıqçı heyəti rabitə əlaqəsinə girərək yardım çağırmaq məcburiyyətində qalıb.

Daha sonra Rumıniya tərəfinin gəmiləri də geri çəkildikdən sonra, türk balıqçılar İstanbula qayıdıb. \\Axar.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA