“Qarabağ” dünya reytinqində daha 3 pillə irəlilədi

“Qarabağ” dünya reytinqində daha 3 pillə irəlilədi

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.

Hurriyyet.org xəbər verir ki, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 542-ci komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

368 xala malik “Keşlə” 777-ci yerdə qərarlaşıb. “Qəbələ” 255 xalla 816-cı pillədədi. “Zirə”nin isə 217 xalı var. Paytaxt təmsilçisi planetin 839-cusudu. Bu klublar müvafiq olaraq, 4, 3 və 2 pillə irəliləyiblər.

Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. “Real” 17892 xalla 1-ci, “Barselona” 15431 xalla 2-ci, “Atletiko” 13432 xalla 3-cüdü./apa/

Loading...

QALEREYA