“Qarabağ münaqişəsinin həllində ən yaxşı strategiya...” - Hoqland

“Qarabağ münaqişəsinin həllində ən yaxşı strategiya...” - Hoqland

Uzun zaman ərzində ilk dəfə Ermənistan lideri Dağlıq Qarabağdan deyil, buna görə o çox diqqətli olmalıdır və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində radikal addımlar atmamalıdır.

Bu barədə "Amerikanın Səsi"nə ("Qolos Ameriki") müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq müvəqqəti həmsədri səfir Riçard Hoqland deyib.

Səfir əmindir ki, Ermənistanın baş naziri Nikol Paşinyan üçün Dağlıq Qarabağ münaqişəsi çox çətin problemdir: "Dağlıq Qarabağ münaqişəsinin həllində ən yaxşı strategiya kiçik addımlarla irəliləməkdir".

R.Hoqland dövlət xidmətini tərk etdiyini və indi öz şəxsi nöqteyi-nəzərini bildirdiyini vurğulayıb.

Bu yaxınlardakı hadisələr, həmçinin tərəflər arasında davam edən dialoq və təmas xəttində toqquşmaların kəskin azalması R.Hoqlandı optizm haqqında düşündürür, lakin sabiq diplomat ciddi irəliləyiş gözləməməyi məsləhət görür.

O qeyd edib ki, Lavrovun planı adlandırılan planı heç bir tərəf qəbul etməyib. Sergey Lavrov tərəfindən hazırlanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sənəd Madrid prinsipləri üzərində bəzi fəqlərlə hazırlanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA