Qarabağ separatçı qurum deyil… - Kuznetsovdan sensasiya

Qarabağ separatçı qurum deyil… - Kuznetsovdan sensasiya

Bu hadisə heç bir inzibati əhəmiyyət daşımır, tamamilə siyasi bir addımdır.

Bu sözləri rus analitik və tarixçi Oleq Kuznetsov Ermənistan Təhlükəsizlik Şurasının iclasının Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərində keçirilməsini axar.az-a şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Paşinyan var gücü ilə özünü təsdiq etməyə, danışıqlar prosesindəki təşəbbüslərini dahi bir yenilik kimi göstərməyə çalışır:

“Mən onu Azərbaycan mediasından fərqli olaraq separatçı deyil, məhz işğalçı adlandırıram. İndi biz şahid oluruq ki, Ermənistanın parlament və hökumətdən sonra üçüncü dərəcəli mühüm orqanı olan Təhlükəsizlik Şurasının iclası birdən-birə beynəlxalq təşkilatlar tərəfindən tanınan Ermənistanın sərhədlərindən kənarda – Xankəndidə keçirilir. Bu fakt özü təsdiq edir ki, Xankəndi rejimi müstəqil deyil, buna görə də separatçı ola bilməz.

Paşinyan bu rejimə daha yüksək status verməyə çalışdıqca, bu, əks effekt yaradır. Bütün dünyaya nümayiş olunur ki, zəbt olunmuş ərazilərdə formalaşmış “hökumət” İrəvandan tamamilə asılıdır”.

Ekspertin sözlərinə görə, məhz buna görə Ermənistan hökuməti faktiki olaraq işğalçı hökumətdir:

“Bununla da Paşinyan iclası Xankəndidə keçirməklə özü öz evini yıxdı. Çünki Xankəndi üçün eyni hüquqlu statusu tələb etsə də, bu addımı ilə onun İrəvandan tam asılı olduğunu nümayiş etdirdi.

Bununla bağlı mənim iki cür izahım var: birinci, ya Paşinyan öz-özünü aldadır və bunun nəticəsində özü də istəmədən özünü axmaq vəziyyətə qoyur. İkinci versiya odur ki, biz indi çox dəqiqliklə hazırlanmış məlumat təxribatının şahidi oluruq. Bu təxribat Bakıya qarşı yox, erməni xalqına qarşı istiqamətlənib. Bundan sonra Paşinyanın rahatlıqla “Xankəndi rejiminin statusunu qaldırmaq istədim, amma nəsə düz getmədi və fiaskoya uğradıq” deyə biləcək.

Bir sözlə, rəhmətlik rus baş nazir Viktor Çernomırdinin gözəl bir ifadəsini yada salmaq lazımdır: “Bir dəfə yaxşı iş görmək istədik, həmişəki kimi alındı”.

Zaman Ermənistana qarşı işləyir. Çünki işğal gündən-günə onun resurslarını məhv edir. Və bu proses qarşısıalınmaz bir prosesdir. Paşinyan vaxtda uduzur və öz mənasız hərəkətləri ilə özünü seytnota salır. Əgər o, konkret danışsaydı, siyasi və mənəvi planda bəzi uğurlar əldə edə bilərdi. Amma demaqoqluğu ucbatından özünü qeyri-səmimi partnyor kimi göstərib. Və bu təkcə rəsmi Bakı üçün yox, həm də Minsk Qrupu üçün belədir.

Bu onun ən kobud səhvidir. Çünki beynəlxalq vasitəçilərin səbri tükənmək üzrədir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA