Qarabağ separatçıları işğaldakı şəhərlərimizə yeni “başçılar” seçdilər

  • 2019-09-09 13:21:08
  • |
  • Aktual /

Qarabağ separatçıları işğaldakı şəhərlərimizə yeni “başçılar” seçdilər

Azərbaycanın işğal altındakı torpaqlarında qondarma Qarabağ rejiminin “yerli idarəetmə orqanları”na keçirdiyi “seçki”nin nəticələri məlum olub.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, Xankəndi “meri” postuna iş adamı David Sarqsyan seçilib. Ona 7787 nəfər səs verib. İkinci yerdə gələn Qriqori Saakyan 4765 səs toplayıb. Üçüncü yeri tutan Areq Avakyan isə 3125 nəfərin dəstəyini alıb.

Dondarma rejimin "Mərkəzi Seçki Komissiyası"nın məlmuatına görə, Manvel Ağacanyan (469 səs) Əsgəranın, Vaan Savadyan (676 səs) Hadrutun, Mişa Gürücsyan (945 səs) Ağdərinin, Ayk Sarqsyan (1292 səs) Xocavəndin, Sergey Çilingəryan (210 səs) Kəlbəcərin, Artsvik Sarqsyan (879 səs) Şuşanın və Nirek Aleksanyan (306 səs) Laçının yeni "başçıları" seçilib.

Ermənilərin işğal altında saxladıqları Laçın rayonun Zabux kəndinə də yeni “kənd nümayəndəsi” seçilib. Bu, aprel döyüşləri zamanı Azərbaycan ordusuna qarşı vuruşan və əslən Livandan köçən Andranik Çavuşyandır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA