“Qarabağ” yenidən “Partizani” ilə qarşılaşa bilər

  • 2019-07-20 13:56:57
  • |
  • İdman /

“Qarabağ” yenidən “Partizani” ilə qarşılaşa bilər

Azərbaycanı UEFA Çempionlar Liqasında (ÇL) təmsil edən “Qarabağ” yenidən Albaniyanın “Partizani” komandası ilə qarşılaşa bilər.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, Tirana təmsilçisi Ağdam klubunun Avropa Liqasının III təsnifat mərhələsində 11 potensial rəqibindən biridir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ÇL-in II raundunda İrlandiya “Dandolk”unu mübarizədə kənarlaşdıra bilməsə, Avropa Liqasının püşkatmasında səpələnmişlər səbətində yer alacaq.

Beləliklə, “Qarabağ”ın “Partizani” (Albaniya) / “Şerif” (Moldova), “Slovan” (Slovakiya) / “Feronikeli” (Kosovo), “Santo Koloma” (Andorra) / “Astana” (Qazaxıstan) və “Şkendiya” (Makedoniya) / “Düdelanj” (Lüksemburq”) cütlərinin qalibi, eləcə də “Sarayevo” ilə düşməsi mümkündür.

ÇL və Avropa Liqasının III təsnifat mərhələsinin püşkatması iyulun 22-də keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” ÇL-də “Dandolk” səddini keçəcəyi təqdirdə, “Kopenhagen” (Danimarka) / TNS (Uels), “Seltik” (Şotlandiya) / “Nımme Kalyu” (Estoniya), “Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan), BATE (Borisov, Belarus) / “Rusenborq” (Norveç) və “Sutyeska” (Monteneqro) / APOEL (Kipr) cütlərinin qalibi, həmçinin “Ayaks”la üzləşmə bilər.

“Qarabağ” “Dandolk”la iyulun 24-də səfərdə, 31-də isə evdə qarşılaşacaq. Ağdam təmsilçisi II təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0).

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz