Qarabağda ölüm-dirim savaşı başlandı: Saakyan üçün HƏRƏKƏTƏ KEÇDİLƏR

Qarabağda ölüm-dirim savaşı başlandı: Saakyan üçün HƏRƏKƏTƏ KEÇDİLƏR

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində gərginlik artır.

Hurriyyet.org
publika.az-a istinadən xəbər verir ki, işğal edilmiş torpaqlarda Ermənistan tərəfindən yaradılan separatçı rejimin “rəhbəri” Bako Saakyana qarşı etiraz dalğası başlanıb.

Qarabağın Ermənistana birləşdirilməsi tələbəi ilə çıxış edən “Birləşdirilmiş Ermənistan” partiyasının sədri Vaqan Badasyan separatçı rejimi devirməyə hazırlaşdıqlarını bildirib.

Onun sözlərinə görə, partiyalarının yüzlərlə üzvü var və bu Qarabağda “hakimiyyəti” dəyişdirmək üçün yetərlidir.

“Bizim yolumuz düz yoldur. Vətəndaş itaətsizliyi problemlərin köklü həllinə gətirib çıxaracaq. Biz vətəndaş itaətsizliyi elan edəcəyik, lakin bunun üçün münasib zamanın gəlməsini gözləyirik. Əgər sabah bunu elan etsək, bu, işimizə yalnız zərər vuracaq. Ona görə bildirirəm ki, bütün qüvvələr vahid cəbhədə birləşməlidir, əgər başqaları da bizim kimi kreslo uğrunda mübarizə aparmırlarsa, bizə dəstək verməlidirlər”, - deyə o bildirib.

Separatçı siyasətçi onların siyasi gündəliyinin olduğunu qeyd edib: “Biz “konstitusiya” dəyişikliyini, “parlament idarəçiliyini”, ən nəhayət, Qarabağın Ermənistana birləşdirilməsini həyata keçirəcəyik”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA