Qarabağda ölüm-dirim savaşının NÖVBƏTİ PƏRDƏSİ: Saakyan elə addım atdı ki…

Qarabağda ölüm-dirim savaşının NÖVBƏTİ PƏRDƏSİ: Saakyan elə addım atdı ki…

Ermənistanın Nikol Paşinyan hökuməti ilə Qarabağ klanının qalığı sayılan Dağlıq Qarabağ separatçı rejimi arasında qarşıdurma getdikcə güclənir.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın növbəti təyinatı Paşinyana güc nümayişi sayıla bilər.

Xəbərə görə, general-mayor Armen Abramyan qondarma rejimin “Milli Təhlükəsizlik Xidməti”nin rəis müavini təyin edilib.

Qeyd edək ki, Armen Abramyan ötən ilin yayında Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin, Sərhəd Qoşunlarının komandanı vəzifəsindən çıxarılıb. İrəvanda işdən qovulan şəxsin Xankəndidə vəzifə alması Paşinyan və Saakyan arasında nüfuz müharibəsinin növbəti pərdəsi kimi qiymətləndirilir.