Qarabağda yüzlərlə insanı ölümdən xilas edən ŞƏXS VƏFAT ETDİ - FOTO

  • 2019-05-15 17:14:03
  • |
  • Ölkə /

Qarabağda yüzlərlə insanı ölümdən xilas edən ŞƏXS VƏFAT ETDİ - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri namizədi Əvəz Səməd oğlu Zeynalov vəfat edib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, uzun illər tibb sahəsində cərrah kimi çalışmış Ə.Zeynalov xəstəlik səbəbindən 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əvəz Zeynalov 22 dekabr 1935-ci ildə Laçın rayonunun Aşağı Fərəcan kəndində anadan olub.

1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1969-1974 -cü illərdə Kiyev Dövlət Tibb Universitetində aspirantura təhsili alıb.

1988-ci ildən Laçın rayon mərkəzi xəstəxanasının baş cərrahı olub, 1500-dən çox cərrahiyyə əməliyyatları aparıb. Həmçinin Qarabağ müharibəsində yüzlərlə ağır yaralanmış döyüşçünü yenidən həyata qaytarıb. Onlarla qaçqın, köçkün və əlacsız xəstələri təmənnasız müalicə edib.

1992-ci ilin iyul ayından 2011-ci ilin avqust ayına qədər Bakı şəhəri Əfəndiyev adına 4 saylı klinik xəstəxanasında növbətçi cərrah vəzifəsində çalışıb.

Allah rəhmət eləsin.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA