“Qaraçılar uşaq oğurlamır” - Dövlət Komitəsi

  • 2019-06-07 16:21:43
  • |
  • Aktual /

“Qaraçılar uşaq oğurlamır” - Dövlət Komitəsi

“Bu günə qədər Azərbaycanda qaraçılar tərəfindən uşaq oğurlanmasına rast gəlinməyib”.

Hurriyyet.org xəbər verir ki, bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev deyib.

Onun sözlərinə görə, uşaqların qaraçılar tərəfindən oğurlanaraq uşaq əməyinə və ya hansısa fəaliyyət növünə cəlb edilməsi ilə bağlı Dövlət Komitəsinə hər hansı müraciət daxil olmayıb.

P. Əliyev bildirib ki, Dövlət Komitəsi tərəfindən qaraçılarla bağlı dəfələrlə tədqiqat-araşdırma aparılıb: “Biz onların kompakt yaşadıqları yerlərdə də monitorinq aparmışıq. Qaraçı ailələrində olan uşaqlar onlar tərəfindən dünyaya gətirilən uşaqlardır. Monitorinqlərimiz zamanı da qaraçı ailələrində kənardan götürülmə uşaqlara rast gəlinməyib”.

Dövlət Komitəsinin rəsmisi onu da vurğulayıb ki, 3 yaşlı Zəhra Bağırzadənin qaraçılar tərəfindən qaçırılması hələ rəsmi təsdiqini tapmayıb, bu, ilkin ehtimaldır:“Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırma tam başa çatdıqdan sonra hər şey məlum olacaq”.

Xatırladaq ki, iyunun 4-də evlərinin yaxınlığında müəmmalı şəkildə yoxa çıxan 3 yaşlı Z. Bağırzadə ötən gün tapılaraq ailəsinə verilib. Z. Bağırzadəni Masallı rayon sakini Təzəgül Nəzərovanın qaçırdığı məlum olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA