Qardaşı arvadını öldürdü, sonra intihar etmək istədi - ABŞERONDA DƏHŞƏT

Qardaşı arvadını öldürdü, sonra intihar etmək istədi - ABŞERONDA DƏHŞƏT

Abşeronda qətl törədilib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Fərhad Abdullayev qardaşının həyat yoldaşı, 1969-cu il təvəllüdlü Aybəniz Kazımovanı başından bıçaqlayaraq qətlə yetirib. F.Abdullayev daha sonra bıçaqla özünə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən F.Abdullayev polis nəzarəti altındadır.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.