Qardaşının biri SOCAR-da, digəri Dövlət Neft Fondunda, özü isə Krım prokuroru... - "Azərbaycanda mənə prokuror işləməyə imkan verməzdilər..."

Qardaşının biri SOCAR-da, digəri Dövlət Neft Fondunda, özü isə Krım prokuroru... - "Azərbaycanda mənə prokuror işləməyə imkan verməzdilər..."

Ukraynanın “Zerkalo Nedeli” portalı Rusiyanın ilhaq etdiyi Krım vilayətinin prokuroru (Kiyevin yuridikasiyasında), azərbaycanlı Gündüz Məmmədovla geniş müsahibəni dərc edib. Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, G.Məmmədov cəmi bir pasportunun olduğunu deyir: “Mən Ukrayna vətəndaşıyam”.

O danışır ki, Azərbaycanda anadan olub, valideyinləri tərəfindən sovet dövründə Odessa Dövlət Universitetində oxumağa göndərilib. 1991-ci ildə universiteti bitirəndə onun SSRİ pasportunda “Ukrayna vətəndaşı” qeydi vurulub. Beləliklə də Ukrayna vətəndaşı olub.

Müxbir Gündüz Məmmədovdan soruşub:

-Siz çox varlı ailədənsiniz, Azərbaycanın ən varlı ailələrindən birindən. Ukraynada prokuror işləmək sizin nəyinizə gərəkdir? Xüsusən də Krım Muxtar Respublikasının prokurorluğunda, hansı kı, deyildiyi kimi “torpağı da yoxdur”...

-Mən deməzdim ki, ailəm ən varlı ailələrdən biridir, amma pis yaşamır. Bu da mənə müstəqil olmağa imkan verir. Nəyə görə mən prokurorluqda işləyirəm? Çünki bu mənim uşaqlıq arzumdur. Mən belə demək olarsa, dördüncü sinifdən prokuror olmaq arzusuna düşdüm və bu arzuma çatdım. Mən indi sevimli peşəmlə məşğulam.

-Sizin kiçik qardaşınız SOCAR-ın Ukraynadakı törəmə şirkətinə rəhbərlik edir. Böyük qardaşınız İsrafil Azərbaycan Dövlət Neft Fondunun-milyardlarla dolları idarə edən investisiya nəhənginin rəhbərliyindədir. Bir daha sualımı təkrar edirəm: problemli Ukraynada işləmək sizin nəyinizə lazımdır?

— Mən Ukrayna vətəndaşıyam, universiteti burada bitirmişəm və prokurorluq orqanlarında işə girmişəm. Böyük ehtimalla o vaxt Azərbaycana qayıtsaydım çətin ki, orada mənə prokurorluq orqanlarında işləməyə imkan verərdilər.

-Böyük qardaşınızın bütün arzusuna baxmayaraq?

-Atam mənə belə imkan verməzdi. Çünki o məni prokurorluq orqanlarında görmürdü...

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA