Qatar qəzasında həbs edilən şəxs AZADLIĞA BURAXILDI

Qatar qəzasında həbs edilən şəxs AZADLIĞA BURAXILDI

Bakıda qatarla avtobusun toqquşması faktına görə saxlanılan şəxs azadlığa buraxılıb.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, "Ayşən LTD” MMC-də dispetçer işləyən Mübariz Fərəcovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib.

Qeyd edək ki, ötən il oktyabrın 1-də paytaxtın Xəzər rayonunda qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Nəticədə 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu ölüb, 40 sərnişin xəsarəti alıb.

Ə. Şirəliyevlə birlikdə tibbi müayinədən keçirilməyən avtomobili reysə buraxımış M. Fərəcov saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA