Qaxda ağır yol qəzası: xəsarət alanlar var - FOTOLAR

Qaxda ağır yol qəzası: xəsarət alanlar var - FOTOLAR

Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, qəza nəticəsində ikisi ağır olmaqla 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar:

49 yaşlı Əliyev Elmir Məhəmməd oğlu
54 yaşlı Əfəndiyev Əhməd Nüsrət oğlu
20 yaşlı Musayeva Çinarə Şahin qızı
58 yaşlı Nəsibova Züleyxa Şirin qızı
54 yaşlı Əliyeva Zərnigar Bəşir qızı

Xəsarət alanlar rayonun Almalı kənd sakinləridir.

***

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 93-cü kilometrliyində, rayonun Qorağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayon sakini 1955-ci il təvəllüdlü Məmmədvəli Xanlar oğlu Nəsibovun idarə etdiyi 08-BJ-023 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobillə Qaxın Almalı kənd sakininin idarə etdiyi "VAZ-2107" markalı digər avtomobil toqquşub.

Nəticədə "VAZ"da olan sərnişinlər xəsarət alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.