Qaxda məhbus daşıyan maşın qəzaya düşdü - İki polis xəsarət aldı

Qaxda məhbus daşıyan maşın qəzaya düşdü - İki polis xəsarət aldı

Qaxda məhbus daşıyan maşın minik avtomobili ilə toqquşub.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil "Mercedes" markalı minik maşını ilə toqquşub. Nəticədə məhbus daşıyan maşında olan iki polis əməkdaşı xəsarət alıb. Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alan polislər Balakən rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA