Qazaxda AĞIR QƏZA - Ölən var

Qazaxda AĞIR QƏZA - Ölən var

Qazax şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 6-da saat 1 radələrində Qazax şəhərinin ərazisində Poylu qəsəbə sakini R.Hüseynov idarə etdiyi "VAZ-21011” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə avtomobildəki sərnişin E.Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.