Qazaxdakı stadionun təmir işləri dayandırıldı - Direktor icra hakimiyyətini "səhv" çıxardı - FOTO

  • 2019-01-24 17:12:11
  • |
  • Ölkə /

Qazaxdakı stadionun təmir işləri dayandırıldı - Direktor icra hakimiyyətini "səhv" çıxardı - FOTO

Qazax şəhər stadionu ötən ildən təmirə bağlansa da, hazırda oradakı bütün işlər dayandırılıb. İddiaya görə, stadionun ot örtüyü dəyişdirilməli idi. Lakin bu vədə əməl edilməyib.

Məsələ ilə bağlı unikal.org-a Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev danışıb:

“Hazırda bu stadion Həmkarlar İttifaqları Konfederasiyasının balansındadır. Qazax Rayon İcra Hakimiyyətinin xətti ilə bura təmir olunaraq başa çatdırılıb. Amma orada əsaslı deyil, cari təmir işləri aparıldı”.

Qazax şəhər stadionun direktoru Tahir Yaqubov isə unikal.org-a açıqlamasında stadionun təmirinin adaşının dediyi kimi icra hakimiyyəti tərəfindən deyil, öz hesabına etdiyini bildirib:

“Biz stadionun içəri tərəfini tam təmir etdik. Ot örtüyünün dəyişdirilməsi çətindir. Kənar divarlar uçmuşdu, onu düzəltdirib, qaydasına saldım.

Təmiri də öz vəsaitimiz hesabına etdirdik”.

Xatırladaq ki, ötən il stadion təmir olunarkən icra başçısı Rəcəb Babaşov və icra hakimiyyəti işçiləri də həmin əraziyə getmişdilər.

Qazaxdakı stadionun təmir işləri dayandırıldı-  Direktor icra hakimiyyətini "səhv" çıxardı  (FOTO)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA