Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, K.J.Tokayev bu ilin oktyabr ayında Bakıda keçiriləcək Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak etmək məqsədilə Bakıya gələcək.

Bu, prezident kimi onun Azərbaycana ilk səfəri olacaq.
Qeyd edək ki, Kasım-Jomart Tokayev iyunun 9-da Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində 71 faiz səslə qalib gəlib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA