Qazaxıstan Xəzər dənizi ilə bağlı müqaviləni təsdiqlədi

Qazaxıstan Xəzər dənizi ilə bağlı müqaviləni təsdiqlədi

Qazaxıstan parlamentinin aşağı palatası olan Məclis Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında müqaviləni ratifikasiya edib.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Xəzəryanı ölkələrin hərbi gəmilərinin və təyyarələrinin hərəkəti tərəflərin suveren və müstəsna hüquqlarına zərər vurmadan bu müqavilənin müddəalarına uyğun şəkildə həyata keçirilməli və tərəflərin öz suveren və müstəsna hüquqlarını həyata keçirdikləri zaman əsassız maneələrə səbəb olmamalıdır”, – Məclisin beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin bəyanatında bildirilir.

Qeyd edək ki, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında müqavilə 2018-ci ilin 12 avqustunda Aktauda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair yekun Konvensiya ilə birgə imzalanıb. Sənəd sahilyanı dövlətlərin - Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın Xəzərdənizindəki ərazi sularından kənarda üzən hərbi gəmilərinə və həmin ərazi üzərindəki havaməkanında uçan təyyarələrinə münasibətdə tətbiq olunur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA