Qazaxıstanda avtobus qəzası: 11 ölü, 29 yaralı

  • 2019-04-20 10:40:42
  • |
  • Dünya /

Qazaxıstanda avtobus qəzası: 11 ölü, 29 yaralı

Qazaxıstanda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər hadisə yerində dünyasını dəyişib. Xəstəxanaya 32 nəfər çatdırılıb, daha 3 nəfər xəstəxanada dünyasını dəyişib.

Qəza səhər saatlarında Almatı-Daşkənd yolunda baş verib. Məlumata görə, "Toyota Camry" markalı avtomobil yolun kənarında olan yük maşını ilə toqquşaraq qəza edib. Hərəkətdə olan sərnişin avtobusu qəzadan yayınmaq istəsə də, sürücü idarəetməni itirib və qəza baş verib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA