Qazaxıstanda iki gündə 700 mitinq iştirakçısı saxlanılıb

  • 2019-06-11 11:00:20
  • |
  • Dünya /

Qazaxıstanda iki gündə 700 mitinq iştirakçısı saxlanılıb

Qazaxıstanın ən böyük şəhərlərində – Nur-Sultan və Almatıda prezident seçkilərinin baykot edilməsini tələb edən etirazçıların keçirdiyi sanksiyalaşdırılmamış mitinqdə iki gün ərzində, təxminən, 700 nəfər saxlanılıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oraz Nurdilda jurnalistlərə bildirib.

İlk gündə (9 iyun – red.) 500 nəfər saxlanılıb, onlardan 400-nə qarşı inzibati protokol tərtib edilib. İkinci gündə, təqribən, 200 nəfər saxlanılıb. Onlardan 150-sinə qarşı inzibati protokol tərtib edilib”, – DİN rəsmisi deyib.

Xatırladaq ki, Qazaxıstanda iyunun 9-da keçirilmiş prezident seçkisində Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, ölkənin hazırkı Prezidenti Kasım-Jomart Tokayev 70,76 faiz səs toplayıb. Seçici fəallığı 77,4% olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA