Qazaxıstanda QALMAQAL: azərbaycanlı şahmatçını ölkədən buraxmırlar - İŞ MƏHKƏMƏYƏ VERİLİB

  • 2019-03-16 15:37:36
  • |
  • Aktual /

Qazaxıstanda QALMAQAL: azərbaycanlı şahmatçını ölkədən buraxmırlar - İŞ MƏHKƏMƏYƏ VERİLİB

Astanada komandalar arasında şahmat üzrə dünya çempionatı başa çatdıqdan sonra misli görünməmiş hadisə baş verib və Azərbaycan yığma komandası bilaixtiyar həmin hadisələrin mərkəzinə düşüb.

Belə ki, Astana hava limanında məlum olub ki, Azərbaycan yığmasının şahmatçısı Eltac Səfərli Qazaxıstanı tərk edə bilməz. İş burasındadır ki, Eltacın və bütün komandamızın yaşadığı mehmanxanada onun qeydiyyatı rəsmiləşdirilməyib. Bu səbəbdən şahmatçı təyyarəyə buraxılmayıb. Yoldaşı ilə həmrəylik əlaməti olaraq, Rauf Məmmədov da uçmaqdan imtina edib və Eltacla qalıb.

Şahmatçılarımızın bildirdiklərinə əsasən, Qazaxıstan Şahmat Federasiyasının mövqeyi təəccüb doğurmaya bilməz. Belə ki, federasiya nəinki biletlərin əldən çıxmasına görə pulların kompensasiyasından imtina edib, həmçinin azərbaycanlı idmançılara kömək etməkdən imtina edərək, martın 18-də Eltac Səfərlinin məhkəmə qarşısında cavab verəcəyini bildirib. Nəzərə almaq lazımdır ki, bu hadisədə şahmatçının heç bir günahı yoxdur, bütün bu olanların yeganə səbəbkarı dünya çempionatının təşkilatçılarıdır!

Rauf Məmmədov bildirib ki, Qazaxıstan federasiyası onlara son dərəcə bivec yanaşıb, lakin müəyyən insanların müdaxiləsindən sonra məhkəmənin bu gün keçirilməsi mümkün olub. Bu dəqiqələrdə şahmatçılarımız məhkəmədədir və ümid edirlər ki, nəhayət, Astananı tərk edə biləcəklər./virtualaz.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA