Qazaxıstanın yeni prezidenti aksiyaları məhdudlaşdırır - "İcazəsiz mitinqlər iğtişaşlara çevrilir"

  • 2019-06-17 18:17:23
  • |
  • Dünya /

Qazaxıstanın yeni prezidenti aksiyaları məhdudlaşdırır - "İcazəsiz mitinqlər iğtişaşlara çevrilir"

"Qazaxıstanda "Sərbəst toplaşmaq haqqında" qanun yenidən hazırlanır. Bu sənəd çərçivəsində qanunsuz yığıncaqların qarşısı alınacaq".

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan prezidenti Qasım-Comart Tokayev bildirib.

“Təbii ki, bütün qanunsuz aksiyaların qarşısı alınacaq. Baş Prokurorluq da bu cür küçə aksiyalarının qanunsuz olduğunu dəfələrlə bildirib. İcazəsiz mitinqlər iğtişaşlara çevrilir, bu aksiyalarda iştirak etmək istəməyən insanlara maneələr yaradır. Yeni qanuna görə, nümayişə çıxıb öz fikirlərini ifadə etmək istəyənlər müvafiq orqanlara müraciət edəcəklər. Onlara toplaşmaq üçün xüsusi yerlər ayrılacaq”, - deyə dövlət başçısı qeyd edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA