Qazaxstan valyutasında rus dilində yazılar ləğv edilir

Qazaxstan valyutasında rus dilində yazılar ləğv edilir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstanın milli məzənnəsinin yeni dizaynı haqqında fərmanı imzalayıb.

Open.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Sikkələrin dizaynında istifadə edilən yazıların mətni dövlət dilində tərtib olunur. İnvestisiya və kolleksiya sikkələrinin dizaynında xarici dillərdə yazılardan istifadə ləğv edilir", - deyə fərmanın mətnində bildirilib.

Qazaxıstan valyutası, sikkələrinin dizaynının əvvəlki versiyasında qazax və rus dillərində yazı yazılıb.

Qazaxıstan rəhbərinin fərmanı imzalanma tarixindən etibarən qüvvəyə minib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA