Qəbələdə ağır yol qəzası: Ölən və yaralananlar var - FOTO

Qəbələdə ağır yol qəzası: Ölən və yaralananlar var - FOTO

Qəbələ rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır yaralanması ilə nəticələnmiş dəhşətli yol qəzası baş verib.

90 XT 634 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillə 36 BF 223 dövlət nömrə nişanlı “VAZ 21 07” toqquşub.

Qəza nəticəsində hər iki sürücü və “Nissan” sürücüsünün oğlu yaralanıb, “VAZ 21 07”-nin sərnişini isə hadisə yerində ölüb.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları deformasiya olmuş avtomobillərdən yaralıları və ölən şəxsin meyitini çıxarıblar.

Faktla bağlı araşdırma aparılır. \\Oxu.Az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA