Qəbir olan yerdə namaz qılmaq olarmı?

Qəbir olan yerdə namaz qılmaq olarmı?

Şəriətimizə görə, qəbir olan məkanlarda namaz qılmaq məkruhdur (bəyənilməzdir). Qəbristanlığın hüdudları daxilində, eləcə də, qəbir yerləşən bir yerdə, qəbri qiblə istiqamətində qərar vermək şərti ilə namaz qılmaq bəyənilmir. Ona görə də, ziyarətgahlarda müqəddəs məzarın yerləşdiyi məkanla ibadətgah məkanını ayırırlar. Ziyarətə gələnlər məzarı ziyarət edəndən sonra ibadət zalına keçib, namazı orda qılırlar. Hətta məzar olan məkanda namaz qılınarsa, bu halda qəbri qarşıda deyil, arxada buraxmaq məsləhətdir. Şiə məzhəbi daxilində XVIII-XIX əsrlərdə yaradılmış şeyxiyyə cərəyanını ardıcılları ziyarətgahlarda namaz qılarkən üzlərini müqəddəs qəbirlərə doğru çevirdikləri üçün ənənəvi şiələr onlara "poşte-səri", yəni "məzarın arxasında duranlar" deyirdilər.\\Milli.Az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA