Qəlb nədir? Qurani-Kərimin nəzəri

Qəlb nədir? Qurani-Kərimin nəzəri

Qəlb barəsində gələn Quran ayələrindən aşağıdakı nəticələri çıxartmışıq:

1. Hurriyyet.org deyerler.org-a istinadən bildirir ki, qəlbin daşlaşması və qəsavət bağlaması, daşın möhkəmliyindən də sərt olar. Daş - dağılmaq qabiliyyətinə malikdir. Ancaq o zaman ki, qəlb daşlaşar, heç kəsin bunu dağıtmağa gücü çatmaz. "Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu. Çünki (Musanın daşı və bulaqların daşları kimi) bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim halı gözə çarpmır). Allah sizin etdiklərinizdən xəbərsiz deyildir". ("Bəqərə" 74).

2. İlham, vəhy - qəlbə aid olan mövzulardır. "("Cəbrailə düşmənik və buna görə də səni qəbul etmirik" - deyən yəhudilərin cavabında) de: "Cəbrailə düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Qur'anı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiqedicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib"". ("Bəqərə" 97).

3. İnsanlar qəlb vasitəsilə vahid olurlar. "O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, şeytanın murdarlığını (şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi". ("Ənfal" 11).

4. Hüzur və rahatlıq hissi - qəlbə aiddir. Bu hüzur haqla başlayıb, haqla da sona çatar. "Dedilər: "İstəyirik ki, ondan yeyək və qəlblərimiz rahatlıq və sakitlik tapsın və (gözlə görüb yəqinlik əldə edərək) bilək ki, sən bizə doğru demisən və biz də buna şahidlərdən olaq"". ("Maidə" 113).

5. İnsan bu dünyada ancaq qəlbinin səlim olması üçün səy göstərməlidir. Ancaq səlim qəlb, iki dünya səadətini ona verə bilər.

"O gün ki, malın və oğulların bir faydası olmayacaq".

"Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!". ("Şüəra" 88-89).

6. Əgər qəlb fəaliyyətini dayandırsa, o zaman qəlbə təkəbbür, lovğalıq, həsəd kimi xəstəliklər hücum edər. "Bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edənlər - Allahın və iman gətirmiş kəslərin yanında böyük qəzəbə və nifrətə düçardırlar. Allah zorakı təkəbbür sahibinin qəlbinə beləcə bütünlüklə (bədbəxtlik) möhür(ü) basır". ("Ğafir" 35).

7. O zaman ki, heyvani hisslər, qəlbi və idrakı öz əsiri edər, qəlb heç bir yaxşı sözü qəbul etməz. "Və dedilər: "Qəlblərimiz sənin bizi çağırdığın şey üçün örtülüdür, qulaqlarımızda ağırlıq var və bizimlə sizin aranızda (ədavət, inad, həmçinin əqidə və üslüb fərqi) pərdə(si) mövcuddur. Buna görə də sən öz işini gör, biz də mütləq (sənə qarşı) fəaliyyətdəyik"". ("Fussilət" 5).

8. Qəlbin xəstə olması - insanın özündən və əməllərindən asılıdır. Allah insana dəyərli nemət olan qəlbi əta etmişdir. Buyurmuşdur ki, onu məhv etmə və saf saxla. "Möminlərin imanları üstünə iman artırmaq üçün, onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur". ("Fəth" 4).

Allah Təala bizləri qəlbi salamat olanlardan qərar versin!

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA