Qərb Rusiya olmadan ayaqda qala bilməyəcək - Alman mediası

Qərb Rusiya olmadan ayaqda qala bilməyəcək - Alman mediası

Qərbdəki ən böyük resurslar qaz istehsalını sürətli bir şəkildə azaltdığı üçün Avropa ölkələri təbii qaz idxalından getdikcə daha asılı vəziyyətə düşür.

Bu barədə Almaniyanın "Velt" qəzeti məlumat yayıb.

Məlumatda Avropanın təbii qaza tələbatının davamlı olaraq artdığı, daxili istehsalın sürətli bir şəkildə azaldığı bildirilib.

Qəzet qeyd edir ki, 2025-ci ildə Avropanın qaz idxalı 409 milyard kubmetrə çatacaq və bu bütün zamanların rekordu olacaq. \\Axar.az