Qərb siyasətçilərinin hicab geyinməsi İranı ayağa qaldırdı: "İslama hörmət..."

  • 2019-04-03 16:32:28
  • |
  • Region /

Qərb siyasətçilərinin hicab geyinməsi İranı ayağa qaldırdı: "İslama hörmət..."

Qərbdə qadın siyasətçilərin müsəlman ölkələrinə səfər edərkən “İslam mədəniyyətinə hörmət” fikri adı altında baş örtüyü geyinməsi İranda sərt qarşılanıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, iranlı qadın haqları müdafiəçisi, “Mənim gizli azadlığım” təşkilatının qurucusu Məsih Əlinecad Yeni Zelnadiyada məscidlərə silahlı hücumdan sonra birlik nümayiş etdirmək üçün xristian qadınların baş örtüyü geyinməsini, həmçinin İrana səfər edərkən mədəniyyətə hörmət anlamında saçlarını örtməsini qadınlara qarşı ən böyük haqsızlıq olduğunu deyib.

Onun sözlərinə görə, bu davranış qadına qarşı təzyiq vasitələrinin təbliği deməkdir. Əlinecad qərb qadınlarını həmcinslərinin haqlarını çeynəyib digər tərəfdən qlobal haqq və azadlıqlar uğrunda mübarizə aparmasını sərt dillə tənqid edib. Aktivist ali səviyyəli qadın siyasətçilərin bu axına qoşulmasının ikili standart olduğunu bildirib.

"İrana səfər edən siyasətçilər, turistlər, idmançılar, sənətçilər, aktyorlar öz gözəl ölkələrinə qayıdanda örtünməyin mədəni məsələ olduğunu deyir. Sizə açıq şəkildə deyim: separatçı bir qanunun bizim mədəniyyətimizin parçasını olduğunu söyləmək bir xalqa həqarət etmək deməkdir. Yeni Zelandiyanın baş nazirinin müsəlman topluma göstərdiyi şəfqətə heyranlıq duyuram. Ancaq dəstək məqsədilə başını örtməsini görmək qəlbimi qırdı. Çünki bu, bir çox ölkədə qadınların əzilməsinin ən ümdə simvoludur. Buna görə də onları eyni zamanda baş örtüyünü çıxardığı üçün döyülən, həbs edilən, cəzalandırılan qadınlarla, bizimlə dirəniş göstərməyə dəvət edirəm”.

Əlinecadın bu çıxışı sosial mediada maraqla qarşılanıb və böyük dəstək alıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA