Qətər ikinci dəfə BƏƏ-dən BMT-yə ŞİKAYƏT ETDİ

Qətər ikinci dəfə BƏƏ-dən BMT-yə ŞİKAYƏT ETDİ

Hurriyyet.org xəbər verir ki, Qətərin Birləşmiş Ərəb Əmirliklərinə məxsus hərbi yük təyyarəsinin Qətər dövlətinin hava məkanını pozması ilə bağlı BMT baş katibinə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) iki dəfə şikayət məktubu göndərdiyi bildirilir.

Qətərin rəsmi QNA agentliyinin xəbərinə görə, BƏƏ-dən Bəhreynə gedən hərbi yük təyyarəsi yanvarın 3-də Qətərin rəsmi hava məkanını pozub. Xəbərdə yanvarın 12-də Qətər dövlətinin BMT baş katibi BT TŞ-na ikinci şikayət məktubunu göndərdiyi bildirilir. Qətərin BMT-dəki nümayəndəliyi BƏƏ-yə məxsus bir hərbi təyyarənin 2017-ci il dekabrın 21-də ölkənin hava sahəsini pozduğuna görə, yanvarın 11-də də BMT TŞ-ya şikayət eləmişdi. Ölkənin BMT-dəki daimi nümayəndəsi Şeyxa Alia, bu hadisənin Qətər dövlətinin suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə təhdid elədiyini, beynəlxalq hüquq, müqavilələr və normaların açıq şəkildə pozulması kimi qəbul elədiklərini bəyan edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir iqtidarlarının 2017-ci il iyunun 5-də Qətər ilə bütün dilomatik əlaqələri kəsmələri körfəz bölgəsində böhrana səbəb olmuşdu.

BƏƏ nümayəndələri şikayət barəsində hələlik heç bir açıqlama, izahat verməyiblər.

Hurriyyet.org

Loading...

QALEREYA