Qeyrət - imandandır. Amma yersiz qeyrət bəyənilmir

Qeyrət - imandandır. Amma yersiz qeyrət bəyənilmir

Həzrət Peyğəmbər (s) buyurur: "Qeyrət imandandır və səhlənkarlıq nifaqdandır".

Qeyrətsizliyin kökündə zəif nəfs, laqeyd, səhlənkar olmaq durur. Qeyrət - insani kamallardan biridir ki, Əzəmətli Xaliq onu insanın ruhuna və fitrətinə qoymuşdur. Həddində qeyrət göstərmək möminlərin sifətlərindəndir. (Tebyan)

Əxlaq alimləri qeyrəti tərif edən zaman deyirlər ki, qeyrət - yəni qorunması zəruri olan şeyləri saxlamaqda səy etməyə deyilir. Bu sifət insan nəfsinin güclü olmasından, şücaətindən qaynaqlanır. Qeyrətsiz kişi insanlıq zümrəsindən xaric olar.

Bunu qeyd etmək lazımdır ki, düzgün qeyrət göstərmək nəinki insanın özü üçün, üçün həm də cəmiyyət üçün çox faydalıdır. Şəhid Mütəhərri bu haqda buyurur: "Qeyrətli insan necə ki, namus ətəyinin çirklənməsinə razı olmaz, eyni zamanda cəmiyyətin də namus ətəyinin çirklənməsinə razı olmaz".

Tarixdə qeyrətsizliyə nümunə olaraq Yezidin (lən) Şamda etdiyi hərəkəti misal göstərmək olar. Öz kənizlərini və həyat yoldaşlarını pərdə arxasında saxlayır, vəhy ailəsinin hərəmini isə hamının gözü qarşısında küçə və bazarda gəzdirirdi.

Ona görə də Həzrət Zeynəb (s.ə) ona xitab edərək buyurmuşdu: "Ey azadolmuşun oğlu! Məgər bu ədalətdəndir ki, sən həyat yoldaşlarını və kənizlərini pərdə arxasında saxlayırsan, Peyğəmbərin (s) qızlarını isə əsir tutursan? Onların abır pərdəsini cırırsan? Onların üzünü nümayiş etdirirsən ki, düşmənlər onları bir şəhərdən başqasına aparsınlar?! Qərib gözlər onlara dikilsin. Yaxın və uzaqda olan, şərəfli və qeyrətsiz onlara tamaşa etsin? Halbuki onlara yardım edəcək kişiləri yanlarında deyildir? Necə ümid bəsləmək olar ki, o kəsə ki, (anası) Allahın pak kişilərinin ciyərini çeynəmiş və şəhid qanından əti əmələ gəlmişdir?".

İmam Əli (ə) buyurur: "Allah mömin üçün qeyrət edər, ona görə də gərək o, da qeyrət etsin".

İslam dini hər bir şeydə mötədilliyi qorumağı tövsiyə etdiyi kimi, qeyrətdə də mötədil olmağı və yerində qeyrət göstərməyi həmişə tövsiyə etmişdir.

Həzrət Peyğəmbər (s) yersiz qeyrət göstərənlər haqqında buyurur: "Elə qeyrət vardır ki, Allah onu sevir, elə qeyrət də vardır ki, onu sevmir. Allahın sevdiyi qeyrət odur ki, insana töhmət vurulan və bədgümanlıq edilən zaman qeyrət göstərsin. Sevmədiyi qeyrət isə odur ki, töhmət və bədgümanlığın olmadığı yerdə qeyrət göstərməkdir".

İmam Əli (ə) İmam Həsənə (ə) buyurur: "Yersiz qeyrətdən çəkin ki, o, sağlam qadını xəstəyə çevirər. İffəti isə bədgümanlığa".

İmam Sadiq (ə) buyurur: "Halalda qeyrət və təəssübkeşlik yoxdur".

İmam Əli (ə) buyurur: "Eşitmişəm ki, xanımlarınız küçələrdə kişilərlə qatı halda yol gedirlər. Xəcalət çəkmirsiniz? Qeyrətiniz haradadır?".

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, Həzrət (s) yeddi nəfəri lənətləmişdir. Onların biri haqqında belə buyurur: "O kəs ki, xanımına görə xəyalsızdır: kiminlə gəlir və kiminlə gedir, kiminlə gülür".

Həzrət (s) demir ki, xanımlarınıza qarşı sui-zənn edin, bəlkə deyir ki, bir maşına minən zaman kiminlə söhbət edir və kiminlə gülür - ona diqqət edin.

Həzrət (s) başqa yerdə buyurur: "Dəyyus - o kəsdir ki, əhli-əyalına görə qeyrət göstərməz. Bəzən də qeyrətsizliyə əmr edər".

İmam Sadiq (ə) buyurur: "Qiyamət günü üç dəstə çox giriftar olacaqdır: onlardan biri o kəsdir ki, insanları evinə toplayıb, evini əyyaşxanaya çevirir".

Dini müqəddəslər qarşısında, məzlumların naləsi qarşısında, aclıq qarşısında, ailəsi qarşısında, günah və fəsad qarşısında dini və elmi mərkəzlər qarşısında qeyrət göstərmək möminin sifətlərindəndir.

İmam Hüseyn (ə) qətlgaha düşən zaman düşmən xeymələrə hücum etmək istəyir və Həzrət (ə) var gücü ilə ayağa qalxmağa çalışır və buyurur: "Dininiz olmasa belə, kişi olun. O zamana qədər ki, sağam, arvad-uşağımla işiniz olmasın". Bəli, budur qeyrət. \\Deyerler.org