Qırıcı təyyarə yadplanetli gəmini belə təqib etdi - VİDEO

Qırıcı təyyarə yadplanetli gəmini belə təqib etdi - VİDEO

Hazırda müxtəlif ufologiya saytlarında maraqlı video yayımlanır.

Hurriyyet.org olke.az-a istinadən xəbər verir ki, video çarx ötən ilin noyabr ayında lentə alınıb. Videonu ABŞ-ın Nyu-Cersi ştatının sakini lentə alınıb və adının gizli saxlanılmasını istəyib. O, qırıcı təyyarənin UNO-nu təqib etməsinin şahidi olub.

Video çarxda iri ölçülü, siqara bənzər, tünd rəngli obyek görünür. Onun ətrafında isə hərbi qırıcı uçur. Amma video çarx bir neçə saniyə davam edir və qırıcı ilə UNO-nun qarşılaşmasının necə bitdiyi bilinmir.

Bir sıra ufoloqlar video kadrların saxta olmadığını, dəfələrlə mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra belə qənaətə gəlindiyini qeyd edirlər. Qeyd etmək lazımdır ki, ABŞ səmasında yadplanetli gəmilərin görünməsi barədə kifayət qədər faktlar var.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA