Qısqanclıq «buynuzlu» yuxu gətirir

  • 2019-07-11 12:56:36
  • |

Qısqanclıq «buynuzlu» yuxu gətirir

Esse

Maraqlı odur – qısqanclıq haqqında real, yaşanmış və psixologiyasına haradansa «gəliş» bir fenomeni Kimsə cavablandırır: - suallara hansı əhvalda yanaşdığını bildirmədən. – Niyə bu cür düşündüm? Qısqanclıq sakit, realist və vəzifəsini gözləyənlərdən uzaqda dayanır. Nə işi var ki, qanın qaynadığı, coşduğu və qisasını boğmağa qərarlaşdırdığı Kimisə tapsın! Qısqanclıq yoxdan yaranmır – mövcudatdan qəfil üzə çıxır. Qısqanclıq (hissi) üçün heç bir qanun (qayda) təmkin (səbr), əsəb (stress) nəsnələri yoxdur – aniliyin vaxtında bütün «plansız» hərəkətlər yerinə yetirilməlidir. Kimsə cəzalandırılmalıdır və subyekt obyektin cansız cəsədi qarşısında öyünməlidir! Bundan sonra yeni həyat başlayır: dağıdılmış, uçurulmuş və fərariləşmiş hisslərin həsrəti. Sakit səslənir, amma parçalanmış duyğular, qisasının əzablarını yaşamış kişi və ölümünün labüdlüyünə inanan qadın.

Qısqanclıq sakit vücudda olur – kim deyirsə sərvaxtdır – inanmağım gəlmir. Sakit vücudda elə bir qüvvə mövcuddur – başlamağa həmişə hazır dayanan enerjini duymaq qabiliyyətini itirir. Sakit adam neyləsin ki, qəfil qayadan daş qopur, dağın zirvəsindən qartal şığıyır, zərif bədənli bir canlı «əjdaha» ilə döyüşür, məsələ kiminsə qabiliyyətində deyil, mövcudat nəhəng bir nakəsin canını tapşırmasından gedir. Qısqanclıq haqqında daha çox psixoloqlar düşünürlər – onlar insanın baş beyin qabığına o qədər bələddilər – sanki bir qarpıza bıçaq vurmadan çərdəklərinin sayını bilirlər! O, faciəli anlarda (dəqiqə gecdir – qısqanclığın gözəlliyi bu andadır) birinci tərəf necə də öyünməyə hazırdır, amma «ruhi» başqa bir şeyə köklənmişdir. İkinci tərəf özünü təmizə çıxarır, işini gördüyü üçün sakitdir. Birinci tərəf «itirdiyi» ehtirasların acısını çəkir, ikinci tərəf «uduzduğunun» faciəsini gözləyir…

Belə bir elmi yozum var ki, qısqanclıq ağılsız hərəkətlərin nəticəsidir – bu, mümkün məsələdir – bu, gendəngəlmə fenomenallıqdır – özünü aşkara çıxaran şeydir, yönəlmişdir – ustanovkadır. Qısqanclıq «gümanlar»ın qarşısında baş əyən gündən o fərdin qara dəqiqələri baş qaldırır, gecəbə-gecə o fərd «tənbəlləşir» hirsindən və onda arvadına qarşı daha güclü «kompensasiyalar» qarşısında acizləşir.

Belə bir sual yaranır: Qısqanan, yoxsa qısqanılan tərəflər üçün bu sərsəmləmə nə deməkdir, bəlkə məhəbbətin «buynuzlu» yuxularıdır?

Bilmədim bu sual necə oldu başıma və ürəyimə damdı. Bəs hansı tərəfdən sözümü oxucularımla bölüşdürüm. Amma bu mövzuda yazanlar məhz kişi, ər qısqanclığından başlayırlar, haqları çatır, amma mən qadın, ana qısqanclığına cəsarət göstərib toxunacağam. Axı, həmişə ərlər – kişilər günahlandırılır, daha düşünmək istəmirlər ki, ər səhər işə yollanır, bizneslə və s. məşğul olur, bir sözlə, özünü oda-közə atır. Bu müddətdə təbii ki, o neçə-neçə qadınlarla qarşılaşır, söhbət aparır. Və bunlardan hansısa onun xoşuna gəlirsə iltifat göstərir, çay stoluna dəvət edir, ola bilsin həmin qadının yumşaq əlləri o kişinin sərt barmaqlarına toxunsun. Qadının ürəyindən hansı hisslər çırpınıb alovlanırsa, yozmaqda çətinlik çəkirəm – qadın hisslərini hörümçək toruna bənzədərdim – dahi toxucu belə, bu memarlıq nümunəsinə qibtə edər. Kişinin ürəyindən o fırlanır ki, sahibinin qismətidir, haçansa mənim taleyimlən qızıl balıq kimi sürüşüb dənizə düşmüşdür. Nə etməli, kimi günahlandırmalı? Yalnız taleyi! Əri evə gec gəlir, iclasdadır, yaxud iş dalınca getmişdir. Yorğundur, yaxud nəqliyyatda xoşagəlmiş bir qadınla (qızla) yanaşı oturmuşdur. Qadının təbii ətri burnunu qıcıqlandırmışdır, ətli vücudunun titrəyişi onu cərəyana qərq eləmişdir və duracaqların birində o, düşmüşdür, boş oturacaqda onun xoş təəssüratı hələ də çapalayır. Məsələ ondadır, o qadının surətini də mənzilinə gətirmişdir – yeganə günahı budur ki, həssas həyat yoldaşı duymuşdur. Və başlayır kişilərə məxsus hisslərilə oynamağa: - Səndən qadın qoxusu gəlir. Saat da filəndir. Uşaqlar atalarını gözləyir. – Maraqlıdır ki, bu üç cümləni sakitcə ortaya atmır, səs-küyü ilə uşaqların eşitməsi niyyətilə, amma ərinin əsəblərilə oynamaq şərtilə. Bu məqamda kişi nə etməlidir? Xoş və kövrək «yol» xatirəsini söyləsinmi, nə alınar? Arının yuvasını quru budaqla qurdalasınmı? Bu vaxt «bal pətəyindən» arılar yox, tikanlı güllər, çiçəklər uçub ev boyu vızıldayacaq, özünü divarlara çırpıb, nəhayət, can verəcəklər. Qadın heç nə qazanmayacaq, bir gecəlik nəvazişi itirəcək, əvəzində kişisi nəqliyyat təəssüratını «buynuzsuz» röyaya çevirəcək. Əgər belə hallar təkrarlanırsa, təbii olaraq ərlə arvad arasındakı ülvi pərdəyə güvə düşəcək, iş o yerə çatacaq, kişinin ürəyində real addım atmağa taqət gələcək. Bir halda məndən şübhələnir, inandıra bilmirəm, soyuyur məndən, acığımı çıxım». – Atacağı addım düzgündürmü? – sualı açıq saxlayıram…

Tarixi bir fakt: III Napaleon öz zamanının ən gözəl qadını sayılan Mariya Yevgeniya Avqustina ilə ailə qurmuşdu. Böyük Fransanın kübar cəmiyyəti qrafiniyanın önündə baş əyirdi (Axı, kimdir gözəlliyi duyub həsəd aparmayan?) Lakin Mariya Yevgeniya başlayır lazımsız iradlar tutmağa və bu qısqanclıq hissini boğmağı bacarmır. Əvəzində III Napaleon gözəl qadınının qarşısında sanki yeniyetmələşir, vurğunlaşır, ağappaq, yumşaq biləyindən tutur. Qadın qısqanclığı üçün bunlar ürəyə təsir eləmir. Və o, dahi sərkərdə qəşəng, cazibəli Mariyaya xəyanətilə cavab verdi. Hökmdarın atdığı addım düzgündürmü? – Sualı açıq saxlayıram…

Münasibətlərdə bir-birinə etimadsızlıq ər-arvad məhəbbətində çatlar yaradır, bir müddət onlar tab gətirirlər. O vaxtacan – qadını ifrata varır, ərinin iş yerinə yersiz zənglər atır, vəzifəlidirsə katibəsinə ilk zəngini vurur, guya məşğuldur, desin ki, evlə əlaqə yaratsın və ilaxır. Bu gedişdə hər iki tərəf incidilir, daxili hissləri dözmür, evdən bezikdirir. Ağrılar kütləşmir, stress öz işini görür. Sakit gecənin ilğımlı pıçıltıları eşidilmir, daha pəncərədən Ay görünmür, ulduzlar parıldamır. Məhəbbətin «buynuzlu» yuxuları hər iki vücudu tez-tez narahat eləyir.

Həyati və elmi müşahidələr göstərir ki, ərlə qadını arasında məhəbbət varsa, xüsusilə, qadını istəyir əri yalnız ona məxsus olsun. Əlbəttə bu, bioloji-psixoloji yaxınlıqdan irəli gələn ruhi tələbdir və tələbatdır. Unutmayaq ki, kişisi hansısa bir kollektivdə işləyir, yaxud vəzifə daşıyır. Hansısa bir xanımdan xoşu gələ bilər, xüsusilə, birinci şəxsdirsə – vəzifəsindən sui-istifadə eləməməlidir və başqa bir kollektivdə çalışan öz qadınını təsəvvürə gətirməlidir. Əgər şübhələr ailəyə axırsa – qısqanclıq ortaya düşəcək – bu acı, sərt hissin doğuluşuna yol verməmək lazımdır. Unudulmamalıdır ki, cəmiyyətimiz – həyatımız hörümçək toruna oxşar qarşılıqlı əlaqələrə bələnibdir, oradan çıxmağı bacarmırıq. Düşünək ki, ər bütün qadınlarda ikrah hissi oyadır və yalnız öz qadınının xoşuna gəlir. Başqa birisinin qadını isə məclisdə kişiləri dabanbasma qaçmağa vadar edir, bəyənən ancaq onun əridir. Belədirsə məsələ kişini və ya qadını yalnız bir nəfər xoşlayırsa, fikirləşmək lazım gələcək. Və sual doğulacaq: heç kəsin bəyənmədiyindən necə xoşlanmaq olar? – sualı açıq saxlayıram.

Qadın hikkəsi yerinə düşəndə kişiyə də xoş gəlir və az-çox sonra bu «hikkə»nin bəhrəsini görür. Hikkə var ki: Kişi işdədir, lazımlı yerə baş çəkir. İclaslar şair Mayakovskiyə rəhmət oxutdurur. Qadın planlaşdırmış ki, əriylə qonaqmı gedəcək, gəzintiyəmi çıxacaq. Lakin əri zəngi səsləndirmir. Saat divarda yeknəsək taqqıltı çıxarır. Bayaq səsi xoş gəlirdi ona. Kişidən soraq yoxdur. Qadın isə hikkəsiylə barışmır: - Bu dəqiqə burda olmalıydı! Vəssalam! – Qərarında qətidir – onu heç kimlə bölüşdürmək istəmirəm, yəni işlə. Nə edəsən ki, həyatın öz qanunları var. Əsəbilik dərin qısqanclığa rəvac verir.

Adətən, qısqanclığı məhəbbətlə bağlayırlar, qısqanırsa, - deməli, sevir. Problem ondadır, heç məhəbbət bəsləmədiyimiz insanı da qısqanırıq, dost-tanışımızı bu hissdən uzaqlaşdırmırıq. Bir tanışımızın, həmkarımızın istedadına da, uğuruna da qısqanırıq. Bəs bu sonuncu necə olsun. Deməli, lazım gəlir, qısqanclığın fəlsəfəsini, mahiyyətini başa düşmək – bu isə ağır, çətin və sosial məsələdir. Belə ki, qısqanclığın qısqanılana böyük təsir göstərdiyini bilən bəzi adamlar ondan (qısqanmadan) tərəfdaşının düşüncəsiylə manipulyasiya etmək vasitəsi kimi «alverə» qoşulmurlar. Deyək ki, iki gənc evlənir, birgə qoşa həyatın ilk günlərindən qadın ərinə qısqanır, qalmaqala əl yeri qoyur, bəzilərisə bundan başqa məqsədlər üçün yararlanır. Elə də olur, ərinə bu qısqanclıq xoş gəlir ki, gənc qadınım məni sevir, amma davamı olursa, əri bezir bundan…

Kişi və qadın qısqanclığı arasında müəyyən fərqlər nəzərə çarpır; başqa-başqa naturadılar və psixologiyaları da! Kişilərdə qısqanclıq əsasən rəqabətə tab gətirməməkdən, yoxsulluqdan, qadının istəklərinə lazımi dərəcədə cavab verməməkdən yaranır. Son vaxtlar cəmiyyətimizdə narahatçılıq yaradır. Qadın istəyi (o, yaxşı geyinmək, istirahət etmək, cəmiyyət içərisində görüşmək və s.) reallaşdırılmayanda qısqanclıq motivləri özünü büruzə verir; bu zaman lazımdır qadın həmin motivləri təhlil eləsin, obyektiv səbəbləri qiymətləndirsin, uşaqlarının atasına mənəvi dayaq dursun. Əri də gərək öz qadınını tənhalığın qucağına atmayan xarakterdir – hissləri sözünə baxmaz və yad kişinin ağuşuna düşər. Qadın qısqanclığı yaş kəndalaş otu kimi bir şeydir – yalnız dalayır. Özü də böyük şəxsiyyətləri.

Amerikanın siyasi xadimi, prezident Avraam Linkolni belə. O, xatirələrinə qayıdıb yazırdı ki, daxildən parçalanmış ev duruş gətirə bilməz; necə ki, arvadı Meri Toddi lə 23 il birgə ömür sürmüş – kədərli olsa belə – bu illərdə xoşbəxt hesab etməyib özünü. Meri həm onun zahiri görünüşünü lağa qoyur, həm də ərini dəlicəsinə qısqanırdı. Merinin qalmaqalları zamanında dillər əzbərinə dönmüşdü… Dövlət xadimi siyasi opponentlərinin öhdəsindən məharətlə gəlsə də, Meri Toddla bacara bilmədi…

Böyük adamların qısqanclığı balaca insanların qısqanclığından çox-çox kiçik olur, qalmaqalla sonunclanır. «İkincilər» aqressivliyə əl atır, həyatlarına ömürlük zəhər qatırlar…

Qaldı 3 sualın cavabına, onun da vaxtı yetişər…

Allahverdi Eminov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA