“Amaliya xanımın qızı ailə sirrinin yayılmasını istəmir” - Baş həkimdən açıqlama

“Amaliya xanımın qızı ailə sirrinin yayılmasını istəmir” - Baş həkimdən açıqlama

Mərhum Xalq artisti Amaliya Pənahovanın xəstəlik səbəbinin xərçəng olduğu açıqlansa da, onun xərçəngin hansı növündən əziyyət çəkdiyi bilinmir.

Hurriyyet.org BakuPost-a istinadən xəbər verir ki, mərhum sənətkar son vaxtlar tez-tez Milli Onkologiya Mərkəzində olurmuş. Saytın əməkdaşı dəqiqləşdirmə aparmaq üçün Mərkəzin baş həkimi Azad Kərimovla əlaqə saxlayıb. Baş həkim ətraflı məlumat verə bilməyəcəyini deyib: "Amaliya xanımın qızı anasının xəstəliyi barədə məlumatın yayılmasına qadağa qoyub. O, ailə sirrinin kənara çıxmasını istəmir. Bu da Amaliya xanımın istəyi olub. Ona görə də bizim ətraflı məlumat verməyə ixtiyarımız yoxdur”.

Qeyd edək ki, Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.

Xalq artisti dünən gecə dünyasını dəyişib.

Loading...

QALEREYA